xəbərlər
Hakim və prokurorlar kursantlarla təcrübələrini bölüşürlər
11.06.2026
Polis Akademiyasında kursantların peşə hazırlığının təkmilləşdirilməsi və hüquqi biliklərinin artırılması məqsədilə məhkəmə və prokurorluq orqanlarının nümayəndələrinin iştirakı ilə mühazirələr keçirilib.
Dərslər zamanı məhkəmə və prokurorluq orqanlarının fəaliyyət istiqamətləri, cinayət mühakimə icraatının xüsusiyyətləri, cinayət-prosessual qanunvericiliyin tətbiqi praktikası, hüquq tətbiqetmə sahəsində aktual məsələlər və onların həlli yolları barədə ətraflı məlumat verilib. Təcrübəli mütəxəssislər hüquq-mühafizə fəaliyyətində peşəkarlığın, qanunçuluğun əhəmiyyətini vurğulayıblar.
Hakim və prokurorluq əməkdaşları peşə fəaliyyətlərində qarşılaşdıqları müxtəlif hüquqi situasiyalar və onların həlli mexanizmləri barədə məlumat verərək kursantlarla təcrübələrini bölüşüblər. Mühazirələr interaktiv formatda davam etdirilib, kursantları maraqlandıran suallar cavablandırılıb, hüquq tətbiqetmə təcrübəsinə dair müzakirələr aparılıb.








.png)





