xəbərlər
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər davam edir
17.06.2026
Polis Akademiyasında kursantların peşə hazırlığının daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə mühazirələr mütəmadi olaraq təşkil edilir. Bu dərslər kursantların həm nəzəri biliklərinin dərinləşdirilməsinə, həm də praktiki təcrübə ilə zənginləşdirilməsinə imkan yaradır.
Müxtəlif fənlər üzrə təşkil olunan interaktiv dərslərdə qonaq qismində DİN-in Katibliyinin rəis müavini, polis polkovniki Elvin Quliyev “Daxili işlər orqanlarında kargüzarlıq işinin təşkili və həyata keçirilməsi”, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin rəisi, polis polkovniki Elnur Novruzov “İbtidai araşdırmanın ümumi şərtləri və təqsirləndirilən şəxs qismində cəlb etmə”, Baş İstintaq və Təhqiqat İdarəsinin Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqatı şöbəsinin rəisi, polis polkovniki Vüqar Əhədov və həmin şöbənin baş müstəntiqi, polis mayoru Ramin Əhədov “Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrin istismarı qaydalarının əleyhinə olan cinayətlərin araşdırma”, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Tahir Əliyev “Vərəsəlik hüququ” mövzularında mühazirələrlə çıxış ediblər.
Dərslər zamanı mütəxəssislər tərəfindən nəzəri biliklərlə yanaşı, real təcrübədən götürülmüş nümunələr əsasında mövzular izah olunub, kursantları maraqlandıran suallar cavablandırılıb və peşə fəaliyyətində zəruri bacarıqların formalaşdırılmasına xidmət edən mühüm məqamlar diqqətə çatdırılıb.




.png)





