xəbərlər
Polis Akademiyasında lokal xarakterli antiterror əməliyyatının ildönümü ilə əlaqədar tədbir keçirilib
19.09.2026
19 sentyabr 2026-cı il tarixində Polis Akademiyasının böyük sıra meydanında yerbəyer mərasimində lokal xarakterli antiterror əməliyyatının ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin, ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış, xidməti borcunu yerinə yetirərkən həlak olmuş hərbiçilərin və polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə İctimai elmlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru, polis polkovnik-leytenantı Rəşad Qasımov çıxış edib. O, 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbiri barədə ətraflı məlumat verib.
Çıxışda antiterror əməliyyatı zamanı şəhid olmuş Daxili İşlər Orqanlarının 20 əməkdaşının əziz xatirəsi də dərin hörmətlə yad edilib.


.png)





