xəbərlər

Elmi – praktiki konfrans.

01.03.2013

Rusiya Federasiyası Təhsil Nazirliyi Kuban Dövlət Universiteti, Xmelnitskiy idarəetmə və hüquq Universiteti, Krasnodar vilayətinin ticarət-sənaye palatası, Avropa Təbii Elmlər Akademiyası, Krasnodar elmi-texniki informasiya mərkəzinin təşkilatçılığı ilə 31 oktyabr 2012-ci il tarixdə Krasnodar şəhərində Kuban Dövlət Universitetinin hüququ fakültəsində «Hüquqi məsələlər: tarix, nəzəriyyə, müasirlik» mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının «Mülki hüquq» kafedrasının baş müəllimi, polis mayoru, hüquq üzrə fəlsəfə doktoru Rəşad Yusif oğlu Məmmədovun elmi rəhbərliyi altında hazırlanmış müdavimlərin məqalələri Kuban Dövlət Universitetinin hüquq fakültəsində keçirilən elmi-praktiki konfransa göndərilmişdir:

1. III kurs I taqım müdavimi Rzazadə Elçin Cavanşir oğlu – «Müflisləşmə və iflasın hüquqi tənzimlənməsinin bəzi məsələləri».

2. III kurs V taqım müdavimi Vəlimətov Bədirşah Şakir oğlu – «Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin bəzi məsələləri».

3. IV kurs IV taqım müdavimi Məmmədov Elmar Vidadi oğlu – «Azərbaycan Respublikasında lizinq müqaviləsi haqqında Mlüki Məcəllənin normalarının tətbiq edilməsinin bəzi məsələləri»

4. IV kurs V taqım müdavimi Nuri Rəşad İlham oğlu – «Sahibkarlıq fəaliyyəti sahəsində hüquq pozuntularının qarşısının alınmasında polis əməkdaşlarının rolu»

Keçirilmiş elmi – praktiki konfransın nəticələrinə əsasən, DİN-in Polis Akademiyasının müdavimlərinin məqalələri konfransın təşkilat komitəsi tərəfindən bəyənilmiş, konfransın materiallarında nəşr olunması məqsədəmüvafiq hesab edilmiş və bu məqalələrin müəllifləri fəxri fərmanlara layiq görülmüşlər.
Geriyə | Çap versiyası