xəbərlər

Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü”nə həsr olunan referat müsabiqəsi

18.10.2014

 2 iyul 2013-cü il tarixdə Azərbaycan polisinin yaranmasının 95 illik yubileyi günündə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iştirakı ilə  Daxili İşlər Nazirliyi Polis Akademiyasının “Heydər Əliyev Mərkəzi”nin  açılış mərasimi keçirilmişdir. Daimi və dəyişkən heyət qarşısında çıxış edən möhtərəm Prezidentimiz cənab İlham Əliyev bildirmişdir ki, daxili işlər orqanlarının inkişafı daim Ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur.  DİN-in P

Mərkəzdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, eləcə də müdavim və dinləyicilərdə vətənpərvərlik ruhunun təbliğ olunması məqsədilə müxtəlif konfransların, dəyirmi masa və seminarların keçirilməsi Polis Akademiyasında ənənə halını almışdır. 

Polis Akademiyasında Ulu öndərin adını daşıyan “Heydər Əliyev Mərkəzi”ndə keçirilən tədbirlərdən biri də Akademiyanın  II kurs müdavimləri arasında “Azərbaycan Respublikasının Dövlət  Müstəqilliyi Günü”nə həsr olunmuş referat müsabiqəsidir. Müxtəlif mövzular üzrə referatlarla çıxış edən müdavimlər arasından münsiflər heyəti qalibləri müəyyən edərək mükafatlandırılmaları üçün Akademiya rəhbərliyinə təqdim etmişlər. Belə ki, birinci yerə layiq görülən II kurs 3-cü taqım müdavimi Təbəssüm Hümbətli “Azərbaycan Respublikasının “Dövlət Müstəqilliyi” haqqında Konstitusiya Aktının qəbul olunma tarixi (18.10.1991)” adlı referatında Konstitusiya Aktının qəbul edilmə tarixi və şəraiti, eləcə də əhəmiyyəti və məzmunu barədə məlumat vermişdir. Məzmun və tərtibat baxımından ikinci yerə layiq görülən II kurs 2-ci taqım müdavimi Cavid İsayevin “Azərbaycan Respublikasında insan və vətəndaşların konstitusiya hüquq və azadlıqlarının təmin olunmasında Ümummilli lider Heydər Əliyevin rolu” adlı referatında Heydər Əliyevin müstəqillik dönəmində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının qorunması və təmin edilməsi sahəsində apardığı çoxşaxəli fəaliyyətindən bəhs etmişdir. II kurs 1-ci taqım müdavimi Ömər İsmayılov bu müsabiqədə üçüncü yerə layiq görülmüşdür. “Vətəndaşların konstitusiya hüquq və azadlıqlarının təmin olunmasında polisin rolu” adlı referatla çıxış edən Ömər İsmayılov polisin fəaliyyət istiqamətlərinin əsasında dayanan insan vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, bu sahədə qanunvericilik bazası və həyata keçirilən islahatların mahiyyəti barədə məlumat vermişdir.

Keçirilən referat yarışması bir daha göstərdi ki, “Heydər Əliyev Mərkəzi”ndə belə tədbirlərin mütəmadi keçirilməsi müdavim və dinləyicilərin Heydər Əliyev irsinin öyrənilməsi, dövlətə, vətənə məhəbbət ruhunda yetişmələri və peşəkar hüquqşünas kimi formalaşmaları baxımından böyük əhəmiyyət kəsb edir.
Geriyə | Çap versiyası