xəbərlər

Polis Akademiyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Azərbaycanda ənənəvi islam və xarici təsirlər” mövzusunda seminar keçirilmişdir.

08.01.2015

 Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda böyük nailiyyətlərə imza atan ölkəmizdə hər kəsin dini əqidəsini ifadə etmək və yaymaq hüququnun, bütövlükdə konstitusion normalarla tənzimlənən vicdan azadlığının tam bərqərar olunması üçün bütün zəruri tədbirlər görülmüşdür. Ölkənin qanunları, milli və ictimai təhlükəsizlik maraqları rəhbər tutulmaqla hüquq mühafizə, xüsusi xidmət orqanları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə vicdan azadlığından sui-istifadə cəhdlərinin, dini radikalizmin, fanatizmin, ekstremizmin qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən qətiyyətli tədbirlər həyata keçirilir.

Görülən işlərin davamı olaraq, zərərli dini təriqətlərin yayılmasının qarşısının alınması, eləcə də dini radikalizmə və ekstremizmə qarşı mübarizənin hüquqi əsasları sahəsində daxili işlər orqanlarının şəxsi heyətinin, xüsusən gənc əməkdaşlarının maarifləndirilməsi məqsədilə 28 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq, 08.01.2015-ci il tarixində Polis Akademiyasının dəyişkən heyəti ilə “Azərbaycanda ənənəvi islam və xarici təsirlər” mövzusunda seminar keçirilmişdir. 
 Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov, Polis Akademiyası rəisinin böyük köməkçisi, polis polkovnik-leytenantı Anar Əliyev, “DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki Vaqif Abışov, “İctimai elmlər” kafedrasının rəisi, polis polkovniki Teymur Əliyev, kurs rəisləri, onların müavinləri və müdavimlər iştirak etmişlər.

Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov dini radikalizmə və ekstremizmə qarşı mübarizə, zərərli dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində görülən işlər, eləcə də bu sahədə daxili işlər orqanları ilə qarşılıqlı əlaqənin forma və informasiya mübadiləsinin genişləndirilməsinin zəruriliyi barədə geniş məlumat vermişdir.
Seminarda müdavimləri maraqlandıran suallar iştirakçılar tərəfindən ətraflı cavablandırılmış və onlara müvafiq tövsiyələr verilmişdir.

Geriyə | Çap versiyası