xəbərlər

Polis Akademiyasının Tibb-sanitariya hissəsində “Donor günü” keçirilmişdir.

20.04.2015

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən donorçuluğun və qan xidmətinin inkişafına dair imzalanmış sərəncam və müvafiq qanunların qüvvəyə minməsiilə ölkəmizdə talassemiyalı və hemofiliyalı xəstələrə diqqət və qayğı daha da artmışdır.
2005-ci ilin 8 fevral tarixində Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Azərbaycanda "Talassemiyasız həyat naminə" proqram layihəsinin başlanmasını elan etdikdən keçən dövr ərzində Polis Akademiyasının əməkdaşları bu sahədə xüsusi fəallıq göstərmişlər.
Hər il olduğu kimi bu ildə 20 aprel 2015-ci il tarixində Polis Akademiyasının Tibb-sanitariya hissəsində “Donor günü” keçirilmişdir.
 Könüllü qanvermə aksiyasında Akademiyanın 71 (yetmiş bir) əməkdaşı təmənnasız öz qanlarını Talassemiyalı xəstə uşaqlar üçün vermişlər. Aksiya mütəşəkkil və nizam-intizamlı keçmiş, heç bir fəsad və ya ağırlaşma halları baş verməmişdir.
Geriyə | Çap versiyası