xəbərlər

Polis Akademiyasında “DİO-nun inzibati fəaliyyəti” kafedrasının təşkilatçılığı ilə dəyirmi masa keçirilmişdir.

07.05.2015

 “DİO-nun inzibati fəaliyyəti” kafedrası tərəfindən 2014/2015-ci tədris ilinin tədbirlər planına əsasən keçirilən dəyirmi masa “Polis orqanlarının ictimai təhlükəsizlik xidmətlərinin təcrübəsində daha çox rast gəlinən inzibati xətaların şərhi və məsuliyyətin müəyyən edilməsi” mövzusuna həsr edilmişdir. Dəyirmi masanı giriş sözü ilə açan “DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki Vaqif Abışov tədbirin təşkilinə dair iştirakçılara məlumat verdi. O, bildirdi ki, “bu günkü dəyirmi masada ekspert qismində “Kriminalistika” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dosent Allahverdi Mahmudov, “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Babək Nəsirov, “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov və kafedranın müəllimi, polis polkovnik-leytenantı, h.ü.f.d. Şahin Şükürov iştirak etmişlər.

DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki Vaqif Abışov əlavə olaraq bildirdi ki, “Polis orqanlarının ictimai təhlükəsizlik xidmətlərinin təcrübəsində daha çox rast gəlinən inzibati xətaların şərhi və məsuliyyətin müəyyən edilməsi” mövzusunda keçirilən dəyirmi masa üçün “DİO-nun inzibati fəaliyyəti” kafedrasında müəllim-professor heyətindən ibarət işçi qrup yaradılmışdır. İşçi qrup öz iclasında dəyirmi masada iştirak edəcək ekspertlərin, məruzəçilərin, təhsilalanların və digər qonaqların dairəsini müəyyən etmişdir. İşçi qrup kafedranın baş müəllimi, polis polkovnik-leytenantı, h.ü.f.d. Rafiq Nəcəfquliyev tərəfindən təqdim olunan dəyirmi masanın mövzusu ətrafında məqsədəuyğun hesab olunan məruzələrin dairəsi ilə tanış olmuşdur.

Müvafiq tanışlıqdan sonra “İnzibati məsuliyyət” fənninin tədrisi aparılan əyani fakültə üzrə 2-ci kurs təhsilalanlar sırasından 34 nəfərə müvafiq məruzələr ətrafında materiallar toplamaq tapşırığı verilmişdir. Həmin materiallar sırasına nəzəri mənbələr, sahəvi qanunvericilik aktları, DİN-in müvafiq xidmətlərinin statistik göstəriciləri, habelə müxtəlif məzmunlu internet resursları aid edilmişdir.

Təşkilat komitəsinin yekun qərarına əsasən 34 nəfər sırasından təcrübə ilə əlaqələndirilən və qanunvericilik baxımından təhlilləri ilə əhatə olunan 8 nəfərin məruzələri dəyirmi masanın müzakirəsinə tövsiyə olunmuşdur.

Keçirilən dəyirmi masada 2-ci kursun təhsilalanları sırasından adları aşağıdakı sadalanan müdavimlərin müvafiq məruzələri dinlənilmişdir:
1. Toğrul Arazlı “Təbiətdən istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyət”;
2. Əlövsət Allahverdiyev “İctimai qayda əleyhinə olan inzibati xətalara görə məsuliyyət”;
3. Ramin Allahverdiyev “İctimai təhlükəsizlik əleyhinə olan inzibati xətalara görə məsuliyyət”;
4. Ağasəlim Pirəliyev “İctimai mənəviyyat əleyhinə olan inzibati xətalara görə məsuliyyət”.
5. Həsən Əliyev “Avtoxuliqanlıq kimi inzibati xətaya görə məsuliyyət”;
6. Əhəd Nəcəfov “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə məsu¬liyyət”;
7. İlham İsmayılov “Mülkiyyət əleyhinə olan inzibati xətalara görə məsuliyyət”;
8. Elnur Nəcəfov “Sağlamlıq əleyhinə olan inzibati xətalara görə məsuliyyət”.

Məruzələr dinlənildikdən sonra çıxışlar ətrafında müzakirələr başlanıldı. Müza-kirələr prosesində 1-ci və 2-ci kursun müdavimləri onları  maraqlandıran sualları məruzəçilərə və digər iştirakçılara ünvanladılar. Aidiyyəti sualların müzakirəsindən sonra dəyirmi masanın ekspertləri tərəfindən vurğulandı ki, hazırlanan məruzələr elmi, metodiki və təcrübi cəhətdən əsaslandırılıb və müvafiq elmi-praktiki jurnallarda çap olun¬ması tövsiyə edilir.

Dəyirmi masanın yekununda kafedranın müəllim-professor heyəti tərəfindən məruzəçilərə və digər təhsilalanlara gələcək peşəkar fəaliyyətlərini formalaşdırmaq üçün qanunvericiliyi öyrənməklə yanaşı, habelə onun tətbiqinə dair metodiki və təcrübi materiallarla tanış olmaq yönümündə tövsiyələr verildi.
Geriyə | Çap versiyası