xəbərlər

Polis Akademiyasında I kurs müdavimlərinin valideynləri ilə görüş təşkil olunmuşdur.

25.05.2015

 25 may 2015-ci il tarixdə DIN-in Polis Akademiyasında Tədris-metodiki şöbə və kurs rəhbərliyinin təşəbbüsünə əsasən I kurs müdavimlərinin valideynləri ilə görüş təşkil olunmuşdur.

Kursun rəisi, polis mayoru Mehman Həsənov çıxış edərək müdavimlərin nizam-intizam və təhsil səviyyələri barədə ümumi məlumat verdi. Bundan sonra Tədris-metodiki şöbənin baş inspektorları, polis polkovniki Vasif Nəcəfov, polis polkovnik-leytenantı Fərhad Əliyev, kursda fənləri tədris edən müəllimlər, polis polkovniki Əjdər Quliyev, polis polkovnik-leytenantları Mahir Xalıqov, Babək Nəsirov, Zaur Bağırov, Elnur Quliyev tərəfindən ayrı-ayrı müdavimlərin tədris göstəriciləri səsləndirilərək qarşıdan gələn yaz imtahan sessiyasına hazırlıq tədbirləri barədə tövsiyələr verildi.

Valideynlər, DIN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov və Azərbaycan Dövlət Aqrar Universitetinin baş müəllimi Sədi Rüstəmov çıxış edərək təhsilalanlara yaradılmış şəraitə görə Daxili İşlər Nazirliyi və akademiya rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.  
Geriyə | Çap versiyası