xəbərlər

DİN-in Polis Akademiyasında “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda III beynəlxalq elmi-praktik konfrans keçirilmişdir

16.10.2015

 Cinayətkarlığın beynəlxalq və regional problemlərini müəyyən etmək, onların təhlilini aparmaqla profilaktikası istiqamətlərini araşdırmaq və beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə 16 oktyabr tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda III beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Ölkəmizin, həmçinin Rusiya Federasiyası və Qazaxstan Respublikasının tanınmış hüquqşünas alimlərinin iştirakı ilə keçirilən beynəlxalq elmi-praktik konfransda aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılmışdır:
  • Regional cinayətkarlığın tədqiqinin cinayət-hüquqi və kriminoloji problemləri
  • Qloballaşma şəraitində cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri.
  • Regional cinayətkarlığın kriminoloji tədqiqinin müasir modelləri.
  • Cinayətkarlığın ayrı-ayrı növlərinin (Yetkinlik yaşına çatmayanların, iqtisadi, zorakı, ekoloji, mütəşəkkil, insan alveri, kiber cinayətkarlıq və s.) beynəlxalq və regional problemləri.
  • Sosial-neqativ təzahürlərin cinayətkarlığa təsirinin beynəlxalq və regional problemləri.
  • Regional cinayətkarlığın kriminoloji tədqiqinin viktimoloji aspektləri.
  • Regional cinayətkarlığın profilaktikasının əsas istiqamətləri.

 Beynəlxalq elmi-praktik konfransı açan DİN-nin Pols Akademiyasının rəisi, polis general-mayoru,  h.ü.f.d., dosent  Nazim Əliyev bildirmişdir ki,  regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemlərinə həsr edilmiş  I və II beynəlxalq elmi-praktik konfransların müsbət ənənələri davam etdirilərək Polis Akademiyasının təşkilatçılığı ilə artıq  III beynəlxalq elmi-praktik konfrans keçirilir. Əsas məqsədimiz cinayətkarlığın beynəlxalq və regional problemlərini müəyyən etmək, onların ümumi və regional təhlilini aparmaqla profilaktikası istiqamətlərini araşdırmaq və beynəlxalq müasir modelləri öyrənməkdir.
Məzmulu və maraqlı çıxışlarla və diskussiyalarla yadda qalan konfransın yekununda  “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda III beynəlxalq elmi-praktik konfransın Bəyannaməsi səsləndirildi və adı çəkilən mövzuda  keçiriləcək IV beynəlxalq elmi-praktik konfransda müzakirə ediləcək mövzuların dairəsi dəqiqləşdirildi.

“Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda IV beynəlxalq elmi-praktik konfransda müzakirə ediləcək mövzular:

  • Cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq və regional əməkdaşlıq.
  • Cinayətkarlıqla mübarizənin prolemləri: ənənəvi və qeyri-ənənəvi yanaşmalar.
  • Qloballaşma şəraitində cinayətkarlığa qarşı mübarizə sahəsinin təkmilləşdirilməsində kriminoloji tədqiqatların rolu.
  • Qloballaşma şəraitində insan hüquqları və cinayətkarlıq.
  • Müasir dünyada və MDB ölkələrində kriminologiyanın nüfuzu.
  • Qloballaşma şəraitində cinayətkarlıq: ümumdünya və regional myllər.
  • Cinayətlərin profilaktikasının hüquqi təminatı mexanizminin təkmilləşdirilməsi.
Geriyə | Çap versiyası