xəbərlər

Rusiya Federasiyası DİN-in Voronej İnstitutunda «Mühafizə, təhlükəsizlik, rabitə – 2015» mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

26.11.2015

 Konfransda Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının, Belarus Respublikası DİN-in Mogilov İnstitutunun, Belarus Respublikası DİN-in Akademiyasının, Rusiya DİN-in İnformasiya texnologiyaları, rabitə və informasiya Mühafizəsi Departamentinin, Rusiyanın Moskva şəhəri və Voronej vilayəti üzrə DİN-in ərazi orqanlarının, V.Y.Kikotya adına Rusiya Federasiyası DİN-in Moskva Universitetinin, Rusiya Federasiyası DİN-in Krasnodar Universitetinin, N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin, «Y.A.Qaqarin və professor N.E.Jukovski adına Hərbi-hava Akademiyası»nın, Mərkəzi Federal dairə üzrə Dövlət Feldyeger Xidməti İdarəsinin, Rusiyanın Federal cəza-icra xidmətinin Voronej institutunun, Rusiya FHN Dövlət yanğın əleyhinə xidmətinin Voronej İnstitutunun, Voronej Dövlət Texniki Universitetinin, Voronej Dövlət Universitetinin əməkdaşları, eləcə də təhlükəsizlik, rabitə və informasiya mühafizəsi üzrə ixtisaslaşan firmaların mütəxəssisləri iştirak etmişdilər.

Konfransı giriş sözü ilə Voronej institutun rəisi, fəlsəfə elmləri namizədi, polis polkovniki A.P.Naximov açıq elan etdi.

Konfrans iştirakçılarını salamlamaq üçün söz Voronej vilayəti hökümətinin və Qubernator aparatı rəhbərinin müavini, h.e.d., professor V.A.Meşeryakova, Belarus Respublikası DİN-in Mogilov İnstitutunun rəisi, polis general-mayoru V.N.Palişuka, Azərbaycan Respublikası DİN-in Polis Akademiyası rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovnik-leytenantı A.R.Əliyevə verildi.

 Plenar iclasda məruzə ilə Rusiya DİN-in Rabitə və İnformasiya mühafizəsi Departamentinin Rabitə İdarəsinin Təşkili şöbəisinin rəisi A.V.Konyuxov, Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının «DİO-da xüsusi texnika» kafedrasının rəisi, polis polkovniki Ə.İ.Quliyev, Belarus Respublikası DİN-in Mogilov İnstitutunun «Cinayət prosesi və kriminalistika» kafedrasının rəisi, h.e.n. Y.A.Matveyçev, N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin kafedra müdiri, h.e.n., dosent B.N. Korobeç, Voronej vilayəti hökümətinin və Qubernator aparatı rəhbərinin müavini, h.e.d., professor V.A.Meşeryakov, Rusiya Federasiyası DİN-in Krasnodar Universitetinin «İnformasiya təhlükəsizliyi» kafedrasının rəisi, t.e.n., dosent A.B.Sizonenko, Moskva şəhəri «Ester Solyuşins» BSC-nin Kriminalistika məsələləri üzrə eksperti İ.A.Şiryayev, «Çelevıye Texnoloqii» ASC-nin baş direktoru İ.İ.Timofeyev, «Vulkan» ETM-in «İnformasiya sistemləri təhlükəsizliyi» şöbəsinin rəhbəri A.V.Kuzneçov, «PERKo» diler şəbəkəsinin «Təlim və inkişaf» departamentinin direktoru D.A.Savelyev, «RusBİTEX» EİB-nin ASC-nin inkişaf üzrə müdir müavini D.A.Donskoy çıxış etdilər.

Nahar fasiləsindən sonra konfransın işi seksiyalar üzrə davam etdirilərək, əsasən aşağıdakı məsələlər müzakirə olundu:
  • DİO-nun fəaliyyətində infokommunikasiya sistemləri və texnologiyalarının tətbiqi xüsusiyyətləri;
  • Telekommunikasiya sistemlərinin istismarı zamanı informaiya təhlükəsizliyinin təmini problemləri;
  • Obyektlərin mühafizəsi və təhlükəsizliyi zamanı onların texniki-təşkili və hüquqi təmininatı;
  • Texniki-proqram komplekslərinin tətbiqi və istismarı məsələləri;
  • DİO-da tətbiq edilən radiotexniki qurğuların etibarlılığı və effektivliyi;
  • Təhlükəsizlik və rabitə sistemlərində elektron texnikasının tətbiq olunma perspektivləri;
  • İnfokommunikasiya sistemləri və proseslərinin DİO-nun fəaliyyətində modelləşdirilməsi və s.
 Konfrans iştirakçılarını kafedraların maddi-texniki, eləcə də elmi-metodiki bazası ilə tanış etdilər.
İxtisaslaşmış firmaların mütəxəssisləri təhlükəsizlik, rabitə və informasiya mühafizəsi üzrə yeni buraxılmış texniki avadanlıqları və proqram təminatlarını nümayiş etdirdilər.
Tədbirin sonunda akt zalında konfrans iştirakçıları üçün Voronej institutunun zabit və müdavimlərindən, eləcə də həmin institutda təhsil alan Azərbaycanlı müdavimlərinin iştirakı ilə təşkil olunmuş özfəaliyyət dərnəyinin üzvləri tərəfindən musiqili proqram təqdim edildi.

Səfər müddətində Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının, Belarus Respublikası DİN-in Mogilov İnstitutunun və Belarus Respublikası DİN-in Akademiyasının nümayəndə heyətinin üzvlərini Voronej şəhərinin tarixini əks etdirən yerlərə ekskursiya edərək tanış etdilər.
Geriyə | Çap versiyası