xəbərlər

DİN-in Polis Akademiyası ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Təfəkkür Universitetində “Narkotiklərə yox deyək, zərərli vər­dişlərə, neqativ hallara, hüquqazidd əməllərə qarşı mübarizə” mövzu­sunda maarifləndirici tədbir keçirilmişdir.

25.04.2016

Azərbaycan Respublikası DİN-in 05.10.2014-cü il tarixli 023 nömrəli əmri ilə elan edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti haqqında” KQ  5/1 nömrəli Kollegiya Qərarının 8-ci bəndinin icrası və  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondundan daxil olan 22 aprel 2016-cı il tarixli 16/226 nömrəli müraciət əsasında 25 aprel 2016-cı il tarixdə “Təfəkkür” Universitetində maarifləndirici tədbir keçirilib.

“Narkomaniya və Narkobizneslə beynəlxalq mübarizə gününə” həsr edilmiş tədbirdə “Təfəkkür” Universitetin pedaqoji kollektivi, təhsilalanlar, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Aparatının rəhbəri, h.e.d., professor İsaxan Vəliyev, sektor və bölmə əməkdaşları və Polis Akademiyası “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı, h.ü.f.d., Rafiq Nəcəfquliyev iştirak etmişdir.

Tədbirdə “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı, h.ü.f.d., Rafiq Nəcəfquliyev tərəfindən narkomaniya və narkomanlıq anlayışı, ayrı-ayrı narkotik vasitələr və psixotrop maddələr, onların zəhərləyici təsirləri və fəsadları, daxili işlər orqanları tərəfindən 2015-ci il də dövriyyədən çıxarılan narkotik vasitələrə, yaxalanan şəxslərə dair statistik göstəricilər, narkotiklərlə mübarizə üzrə digər səlahiyyətli dövlət orqanlarına dair məlumatlar, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə hüquqi məsuliyyət haqqında multi-media vasitələri ilə əyani izahlar verilmişdir. Tədbirin yekununda pedaqoji heyət və təhsilalanların sualları aidiyyəti üzrə cavab¬landırılmışdır.
Geriyə | Çap versiyası