xəbərlər

Polis Akademiyasında “DİO-nun inzibati fəaliyyəti” kafedrasının təşkilatçılığı ilə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayən¬dəsinin iştirakı ilə mühazirə keçirilmişdir

07.05.2016

 7 may 2016-cı il tarixdə “İnzibati məsuliyyət” fənni üzrə 1-ci tədris saatında “DİO-nun inzibati fəaliyyəti” kafedrasının təşkilatçılığı ilə tədris cədvəlinə əsasən II kursun 2-ci birləş¬məsində “İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyət” mövzusunda DİN-in Baş İctimai Təhlü¬kəsizlik İdarəsinin xüsusi ilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Rüstəm Nəsi¬bovun iştirakı ilə mühazirə keçirilmişdir. Mühazirənin girişində “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı, h.ü.f.d. Rafiq Nəcəfquliyev bildirdi ki, bu cür dərslərin təşkil edilməsi məqsədi Azərbaycan Respublikası DİN-in 5 yanvar 2013-cü il tarixli Ə1-001-13 nömrəli əmrinin 8-ci və Kollegiyasının 29 noyabr 2013-cü il tarixli KQ-5/2 nömrəli Qərarının 6-cı bəndlərinin icrası ilə əlaqədar təhsilalanların nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsidir.

Mühazirənin 1-ci hissəsini tədris prosesinə dəvət edilən DİN-in Baş İctimai Təhlü-kəsizlik İdarəsinin xüsusi ilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Rüs¬təm Nəsibov aparmışdır. O, mühazirə planı əsasında mövzuya giriş verdikdən sonra “İcti¬mai qayda əleyhinə olan inzibati xətalara görə məsuliyyət” haqqında təhsilalanlara məlumatlar verdi. Bu sual üzrə məlumatların təqdimatında mühazirəçi DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin müvafiq statistik göstəricilərinə (2014-2015-ci illər üzrə) istinad etməklə, aidiyyəti xəta tərkibləri haqqında məlumatları müqayisəli şəkildə izah etdi. Daha sonra qonaq təhsil¬alanlara peşəkar kadr kimi formalaşmaları üçün tələb olunan biliklərə yiyələnmələri yönü¬mündə tövsiyələrini verdi.

Mühazirənin 2-ci hissəsi kafedranın baş müəllimi, polis polkovnik-leytenantı, h.ü.f.d. Rafiq Nəcəfquliyev tərəfindən aparıldı. Mühazirənin bu hissəsində ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalara  görə məsuliyyət müəyyən edilməsinə dair  normativ hüquqi tənzimləmə müzakirə predmetini təşkil etdi. Təhsilalanların diqqətinə çatdı-rıldı ki, qeyd edilən sahəyə aid hüquqpozmalar cəmiyyəti narahat edən neqativ təzahürlər sıra¬sına daxildir. Mühazirəçi aidiyyəti suallar üzrə müvafiq qayda pozuntuları haqqında foto və video görüntülər nümayiş etdirməklə, yaranan suallara aydınlıq gətirdi. 

Yekunda hər iki mühazirəçi tərəfindən təhsilalanların mövzuya dair suallarına aidiyyəti izahlar verildi. Daha sonra “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı, h.ü.f.d. Rafiq Nəcəfquliyev qonağa təhsilalanlar adından təşəkkürünü bildirdi.
Geriyə | Çap versiyası