xəbərlər

DİN-in Polis Akademiyasında “DİO-nun inzibati fəaliyyəti” və “Cinayət hüququ” kafedrasının müştərək mühazirə dərsi keçirilmişdir

19.05.2016

 19 may 2016-cı il tarixdə tədris cədvəlinə əsasən əyani fakültənin II kursunun birinci birləş¬məsində 2015/2016-cı tədris ili üçün “DİO-nun inzi-bati fəaliyyəti” kafed¬rasının tədbirlər planının 3.8-ci bəndi ilə nəzərdə tutu¬lan müştərək müha¬zirə dərsi keçirilmişdir. Tədris cədvəli əsasında mövzu-təqvim planına uyğun olaraq təşkil edilən ənənəvi mühazirələrdən fərqli olaraq bu kimi dərslərdə mövzu daxilində təqdim olunan məlumatlar tarixi, formal-məntiqi, müqayisəli hüquq və s. metodlardan istifadə olunmaqla şərh edilir.

“DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis pol-kovnik-leytenantı, h.ü.f.d., Rafiq Nəcəfquliyev və “Cinayət hüququ” kafed¬rasının rəisi, polis polkovniki, h.ü.f.d., İmrəli Məmmədli tərə¬findən aparılan müştərək mühazirədə idarəçilik qaydaları əleyhinə olan hüquq-pozmalar haqqında aidiyyəti məlumatlar qüvvədə olan İnzibati Xətalar və Cinayət Məcəllələri əsasında təhsilalanların diqqətinə çatdırıldı.

Hər iki mühazirəçi mövzunun planı əsasında müzakirəyə çıxarılan suallarda hüquqpozma tərkiblərinin (inzibati xəta və cinayət əməlləri) təhlilini apararkən müvafiq icraat ilə əlaqədar inzibati və məhkəmə orqan-larının təcrübəsinə, habelə aidiyyəti hüquq¬pozmalar haqqında Azərbaycan Respublikasının Konsti¬tusiya və Ali Məhkəmələrinin qərarlarına istinad etdilər.

Mühazirəçilər tərəfindən hazırlanan təqdimetmələrdə (multi-media, video görüntülər) aidiy¬yəti hüquqpozma tərkiblərinin müqayisəli şəkildə şərh olunması fərqli davranış modellərinin mahiyyətinin daha aydın başa düşülməsinə xidmət edirdi. Təhsilalanların diqqətinə xüsusi olaraq çatdırıldı ki, ictimai təhlükəlilik dərəcəsindən və zərərli nəticələrindən asılı olaraq qanunverici hüquqazidd davranışı ya inzibati xəta, ya da cinayət əməli olaraq müəyyən etmişdir.

Dərsin yekununda təhsilalanların həm inzibati xəta, həm də cinayət tərkiblərinə dair sualları mühazirəçilər tərəfindən cavablandırıldı.

Geriyə | Çap versiyası