xəbərlər

Polis Akademiyasının əməkdaşları Formula 1 Qran Pri yarışlarında

17.06.2016

 Şərq və Qərb mədəniyyətini özündə cəmləşdirən paytaxtımız Bakıda baş tutan Formula 1 Qran Pri yarışlarında Bakı Şəhər Halqasının təhlükəsizliyini Azərbaycan Polisi yüksək fədakarlıqla təmin etdi.

DİN-in müvafiq göstərişi əsasında Polis Akademiyasının 10 nəfər qadın əməkdaşı – polis baş leytenantı Aysel Əliyeva, polis baş serjantı Lalə Əfqanlı, Viktoriya Axtyamova, Kəmalə Cəmilzadə, polis serjantları Fəridə Həsənova, Sevinc İsmayılova, Süsən Qafarova, Səbinə Qurbanova, Esmira Şirəliyeva və tibb xidməti serjantı Pərvanə Cabbarova Çevik Polis Alayının əməkdaşları ilə birgə Azərbaycan Respublikasının dövlət xadimlərinin, eləcə də xarici dövlətlərdən ölkəmizə gələn dünyada tanınmış şəxslərin daxil olduqları 1 nömrəli piyada buraxılış-məntəqəsində 15-19 iyun 2016-cı il tarixlərdə insanlarla ünsiyyətdə olarkən davranış qaydalarına riayət edərək xidmətin çətinliklərinə dözümlülük, əzmkarlıq və yüksək məsuliyyət hissi nümayiş etdirib nizam-intizamlı xidmət aparmışlar.

Formula 1 Qran Pri yarışlarının sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva həmin məntəqədə göstərdikləri nümunəvi xidmətə görə polis əməkdaşlarına təşəkkürünü bildirmişdir.
Geriyə | Çap versiyası