xəbərlər

Polis Akademiyasında daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərəsimi keçirilmişdir.

30.06.2016

 2016-cı ilin iyun ayının 1-dən 30-dək DİN-in Polis Akademiyasında daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə yeni qəbul edilmiş gənc əməkdaşların ilkin hazırlıq kursu təşkil edilmişdir.


Təsdiq edilmiş mövzu-təqvim planına əsasən dinləyicilərə DİO-nun inzibati fəaliyyəti, DİO-da təhqiqat, döyüş və fiziki hazırlıq, DİO-da ƏAF, kriminalistika, DİO əməkdaşlarının peşə etikası, müasir informasiya texnologiyaları, insan və vətəndaş hüquqlarının, azadlıqlarının qorunması fənlər üzrə dərslər təşkil olunmuş və sonda dinləyicilər “DİO-nun inzibati fəaliyyəti”, “DİO-da ƏAF” fənlərindən imtahan, atəş, sıra və fiziki hazırlıq fənlərindən isə məqbulları verərək kursu müvəffəqiyyətlə bitirmişlər.



30 iyun 2016-cı il tarixdə Polis Akademiyasının klubunda ilkin hazırlıq kursunu bitirmiş dinləyicilərin andiçmə mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən  polis  leytenantı Səadət Şirinli Akademiyada onlar üçün yaradılmış şəraitə və dərslərin professor-müəllim heyəti tərəfindən yüksək səviyyədə aparılmasını qeyd edərək dinləyicilər adından DİN-in və Polis Akademiyasının rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.


Tədbirin sonunda Polis Akademiyası rəisi, polis general-mayoru Nazim Əliyev gənc əməkdaşları təbrik edərək, onlara öz tövsiyələrini verdi.

Geriyə | Çap versiyası