xəbərlər

13.09.2016-cı il tarixdə I kurs müdavimləri «Polis Andı»nı qəbul еtdilər.

13.09.2016

13.09.2016-cı il tarixdə əvvəllər daxili işlər orqanlarında xidmət etməmiş Polis Akademiyasının əyani fakültəsinin 150 nəfər I kurs kursantının Polis Akademiyasında Ulu Öndər Heydər Əliyevin abidəsi önündə «Polis Andı»nı qəbul etmələri ilə əlaqədar təntənəli mərasim keçirilmişdir. Tədbir Akademiyanın rəis müavini, polis polkovniki İlyas İsayevin Akademiya rəisi, polis general-mayoru Nazim Əliyevə şəxsi heyətin mərasim üçün düzülməsi barədə məruzəsi ilə başlandı.

Akademiya rəisi, polis general-mayoru Nazim Əliyev şəxsi heyəti salamladıqdan sonra Daxili Qoşunların nümunəvi-göstərici orkestrinin müşayiəti ilə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü   uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Dövlət Himni səsləndirilmişdir.

I kurs kursantları ümumi sıradan çıxaraq müəyyən edilmiş yerlərini tutduqdan sonra həmin kursun kursantı Əliyev Aqşin Zaur oğlu «Polis Andı»nın mətnini ucadan oxumuş, digər kursantlar andın sözlərini təkrarlamışlar. Mərasimdə I kurs kursantı Mübariz Ağayev çıxış edərək bu möhtəşəm gün münasibətilə kurs yoldaşlarını təbrik etmişdir.
Mərasimin sonunda Akademiya rəisi, polis general-mayoru Nazim Əliyev çıxış edərək kursantlara öz tövsiyyələrini çatdırdı və valideynlərini təbrik etdi.

Daxili Qoşunların nümunəvi-göstərici orkestrinin müşayiəti ilə «Polis Akademiyasının marşı» səsləndirilmiş və şəxsi heyətin təntənəli marşla keçidi ilə mərasim başa çatmışdır.

      
Geriyə | Çap versiyası