xəbərlər

Polis Akademiyası əməkdaşlarının 132-134 nömrəli Təhsil Kompleksində məktəblilərlə görüşü keçirilmişdir.

01.11.2016

II Azərbaycan Elm Festivalı ilə bağlı tədbirlərin davamı olaraq 31 oktyabr 2016-cı il tarixdə Bakı şəhəri Səbail rayonu 132-134 nömrəli Təhsil Kompleksində məktəblilər qarşısında “Yetkinlik yaşına çatmayanların kriminal davranışlarının əsas səbəbləri və profilaktikası” mövzusunda çıxış edilmişdir.

Məktəblilər qarşısında çıxış edən “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov yetkinlik yaşına çatmayanların kriminal davranışlarının əsas səbəbləri, şəxsiyyətlərində kriminogen keyfiyyətlərin yaranması mərhələləri, həmçinin onlar tərəfindən törədilən cinayətlərin mövcud durumu və profilaktikası istiqamətləri haqqında zəruri məlumatlar vermişdir.

Tədbir zamanı uşaq hüquqlarının təmin olunması ilə bağlı ölkəmizdə silsilə tədbirlərin həyata keçirilməsi təqdirəlayiq hal kimi xüsusilə vurğulandı.
Yekunda 132-134 nömrəli Təhsil Kompleksinin pedaqoji heyətinin və şagirdlərin  sualları cavablandırdı. Maraq doğuran aktual məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
                          
Geriyə | Çap versiyası