xəbərlər

DİN-in Polis Akademiyasının “DİO-da idarəetmənin təşkili və ixtisasartırma” fakültəsinin dinləyiciləri xüsusi təlimdə.

29.03.2017

“DİO-da idarəetmənin təşkili və ixtisasartırma” fakültəsinin dinləyiciləri Akademiyanın Hərbi kafedrasının təşəbbüsü ilə 07 aprel 2017-ci il tarixində DİN-in Daxili Qoşunların hərbi hissəsində döyüş və xüsusi taktiki hazırlığının praktiki cəhətdən daha da artırılması, ekstremal vəziyyətlərdə silahın və xüsusi vasitələrin tətbiqində, eləcə də istifadəsində sabit vərdişlərə yiyələnmələri məqsədilə “Kütləvi igtişaşların qarşısının alınması və müxtəlif şəraitlərdə silahlı cinayətkarların zərərsizləşdirilməsi” mövzusunda təlim məşğələləri keçirilmişdir. Təlimdən əvvəl hərbi hissə komandiri dinləyiciləri hərbi-hissənin ərazisi, xüsusi vasitələri, texnikası və muzeyi ilə tanış etmişdir. Ərazi ilə tanış olduqdan sonra ssenari üzrə göstərici məşğələlər nümayiş olunmuşdur.

        
Geriyə | Çap versiyası