xəbərlər

DİN-in Polis Akademiyasının 4-cü kursun kursantları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda elmi-praktik konfransda iştirak etmişdirlər.

07.04.2017

 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 29 mart 2017-ci il tarixində ölkəmizdəki ali məktəblərin kursant və tələbələrinin iştirakı ilə “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransda Fövqəladə Hallar Nazirliyi Akademiyasının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin kursant və tələbələri ilə yanaşı Polis Akademiyasının 4-cü kursun kursantları Yusifov Tural Adil oğlu “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında daxili işlər orqanlarının rolu” (elmi rəhbər: Hərbi kafedranın rəisi, polis polkovniki Hacı Aslanov) və Abbasov Nahid Sammədin oğlu “Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkilində daxili işlər orqanlarının rolu” (elmi rəhbər: Hərbi kafedranın müəllimi, təqaüddə olan polis polkovniki Eyvaz Nurməmmədov) mövzularında məruzələrlə çıxış etmişlər.
Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.
Tədbirin sonunda bir neçə kursant və tələbə, o cümlədən Polis Akademiyasının 4-cü kursun kursantları Yusifov Tural Adil oğlu və Abbasov Nahid Sammədin oğlu Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəxri fərmanları ilə təltif olunmuşdur.


Geriyə | Çap versiyası