xəbərlər

Polis Akademiyasında 2016/2017-ci tədris ilinin buraxılış mərasimi təntənəli surətdə qeyd edilmişdir.

01.07.2017

 01 iyul 2017-ci il tarixdə Azərbaycan Polisinin yaranmasının 99-cu ildönümü və DİN-in Polis Akademiyasının 2016/2017-ci tədris ilinin buraxılışına həsr olunmuş tənətənəli mərasim keçirilmişdir.
Mərasimə Daxili İşlər Nazirliyinin rəhbərliyi, həmçinin məzunların valideynləri dəvət olunmuşdur
Mərasim Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin şəxsi heyətin təntənəli tədbirə hazır olması barədə Daxili İşlər Naziri general-polkovnik cənab Ramil Usubova məruzəsi ilə başlandı.

Daxili İşlər Na ziri general-polkovnik cənab Ramil Usubov təntənəli keçid üçün Polis Akademiyasının sıra meydanına düzülmüş zabit və kursant heyətini salamladıqdan sonar təntənəli mərasimin proqramına uyğun olaraq Ümummili lider Heydər Əliyevin, həmçinin şəhidlərimizin və xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş həmkarlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sükutdan sonar Azərbaycan Respublikasının dövlət himni səslənmiş və tədbir açıq élan olunmuşdur.
Daxili işlər naziri general-polkovnik cənab Ramil Usubov 2016/2017-ci tədris ilinin buraxılışı münasibətilə ən xoş arzularını mərasim iştirakçılarına çatdırmaqla geniş nitq söyləmişdir.

 Mərasimdə həmçinin Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev və V kurs məzunu Şamxal Həsənov çıxış etmişlər..
Daxili İşlər Naziri Polis Akademiyasını fərqlənmə diplomu ilə başa vurmuş Şamxal Həsənov, Zabil Qurbanov, Teyyub Qarayev, Ağakərim Bədirbəyli, Qafar Qafarov və Ceyhun Məmmədov, xarici məzunlar Kristey Nikolay, Qalatsan İvana diplomları təqdim etmişdir. Sonra Nail Bayramlı rəmzi xatirə lövhəsini «Yaş kötüyü»nə vuraraq məzun yoldaşları adından and içmişdir. Daha sonar Akademiyanın döyüş bayrağı IV kurs kursantlarına təhvil verilmiş, şəxşi heyət tərəfindən «Azərbaycan polisi marşı» ifa edilmiş və onların təntənəli keçidi olmuşdur. Tənətənəli keçiddə Polis Akademiyasının şəxsi heyəti ilə yanaşı DİN-in ÇPA, BBPİ və digər nizami hissəssələri də iştirak etmişlər.
Mərasimin video və foto çəkilişi aparılmış, mərasim haqqında materiallar ayrı-ayrı kütləvi informasiya vasitələrində, eləcə də telekanallarda işıqlandırılmışdır.

Geriyə | Çap versiyası