xəbərlər

Polis Akademiyasında “Uşaqlar üçün ədliyyə” mövzusunda təlim keçirilmişdir.

21.07.2017

 UNİCEF, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və DİN-in Polis Akademiyası ilə birgə 19-20 iyul 2017-ci il tarixlərində Polis Akademiyasında “Uşaqlar üçün ədliyyə” mövzusunda təlim keçirilmişdir. Təlimçi qismində Polis Akademiyası “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov, ƏdliyyəAkademiyası“ Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” kafedrasının baş müəllimi, h.ü.f.d., ədliyyə müşaviri Mətanət Əsgərova və Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə cəlb olunmuşdur.

Bakı şəhərinin Xəzər, Suraxanı və Piallahı rayonlarının hakimləri, prokurorluq, polis, ədliyyə və yerli icra hakimiy yəti orqanlarının əməkdaşları üçün nəzərdə tutulan təlimdə “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov tərəfindən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin mövcud durumu və profilaktikası istiqamətləri haqqında elmi-nəzəri müddəalar və təcrübi problemlər iştirakçıların diqqətinə çatdırıldı. Bundan başqa “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 mart 2015-ci il tarixli 54 nömrəli Qərarı, DİN-in 10 noyabr 2016-cı il tarixli KQ4/3 və 21 aprel 2017-ci il tarixli KQ2/1 nömrəli kollegiya qərarlarının icrası ilə əlaqədar DİN-in Polis Akademiyasının əlavə tədbirlər planına müvafiq olaraq adı çəkilən təlimdə uşaqlar arasında narkotik vasitələrlə bağlı cinayətlərin və narkomanlığın vəziyyəti, həmçinin qarşısının alınmasının preventiv üsulları ilə bağlı məlumat verilmiş, zəruri araşdırmalar aparılmışdır.

 Qarşılıqlı əməkdaşlıq və fəal interaktiv təlim mühitində keçirilən tədbirdə məhkəmə, prokurorluq və polis orqanlarının fəaliyyətində uşaq hüquqları təminatı ilə bağlı maraqlı diskussiyalar aparıldı.
Təlim iştirakçıları Polis Akademiyasında yerləşən Heydər Əliyev Mərkəzi, tədris binaları, kursant yataqxanaları və yeməkxanası ilə tanış olmuşlar.

Geriyə | Çap versiyası