xəbərlər

Polis Akademiyasında Dövlət Proqramlarının icrası ilə bağlı gənc nəslin sağlamlığının qorunmasına yönəlmiş tədbirlər keçirilmişdir

11.12.2017

 Azərbaycan Respublikası Prezidentinin 15.09.2017-ci il tarixli 3236 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından və bu Proqramın daxili işlər orqanlarında elan olunmasına dair DİN-in müvafiq əmrindən irəli gələn vəzifələrin icrası ilə bağlı akademiya rəisi tərəfindən təsdiq edilmiş tədbirlər planının 5-ci bəndinin icrası ilə əlaqədar 09.10.2017-ci il tarixində əyani təhsil üzrə I kurs kursantları ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Şəhla Mirzəzadənin iştirakı ilə “Tütün – öldürücü təhlükə”, 27.11.2017-ci il tarixində “Narkomaniyaya yox deyək!” və akademiya rəisinin müvafiq göstərişinin 3-cü bəndinin icrası ilə əlaqədar 04.12.2017-ci il tarixində əyani təhsil üzrə III kurs kursantları ilə “Mobil telefonların insan sağlamlığına zərərləri. İnternet asılılığı”mövzularında maarifləndirici görüşlər keçirilmişdir.

Görüşləri giriş sözü ilə açan akademiyanın Tibb-sanitariya hissəsinin rəisi, t/x polkovnik-leytenantı Sərdar Əliyev, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən inkişaf proqramları, o cümlədən uğurlu islahatlar aparılan səhiyyə, təhsil və sağlam gənclik barədə məlumat vermişdir.

 Sonradan Şəhla xanım Mirzəzadə kursantlar qarşısında çıxış edərək “Narkomaniyaya yox deyək” mövzusunda narkotiklərin növləri, insan orqanizminə zərəri,  narkomaniyaya aludəçiliyin yaranma yolları, dünyada və Azərbaycanda narkomaniya ilə mübarizə üsulları, bu bəladan ölən və xəstələnənlərin statistikası, “Tütün – öldürücü təhlükə” mövzusunda tütünün insan orqanizminə zərəri, Azərbaycanda və dünyada tütünçəkmə ilə mübarizə üsulları, tütündən imtina yolları, tütünçəkmədən ölən və xəstələnənlərin statistikası, “Mobil telefonların insan sağlamlığına zərərləri. İnternet asılılığı”mövzusunda telefonun yaranma tarixi, telekommunikasiya, internet asılılığı, hal-hazırda dünya gəncləri arasında bir bəlaya çevrilmiş çox funksiyalı mobil telefondan hədsiz istifadənin insan sağlamlığına vurduğu zərərlər, telefondan düzgün istifadə və danışıq müddətləri barədə geniş məlumat vermiş, slaydlar və qısa videofilmlər nümayiş etdirmişdir.


Geriyə | Çap versiyası