xəbərlər

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə bağlı Polis Akademiyasında tədbir keçirilmişdir

19.12.2017

 Azərbaycan Respublikası Prezidentinin 15.09.2017-ci il tarixli 3236 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından və bu proqramın daxili işlər orqanlarında elan olunmasına dair DIN-in əmrindən irəli gələn vəzifələrin icrası ilə bağlı Polis Akademiyasında bir sıra tədbirlər həyata keçirilmiş və keçirilməkdədir.

05.12.2017-ci il tarixdə Kadrlar şöbəsinin psixoloqu, polis mayoru Rasif Müzəffərovun təşkilatçılığı ilə V kursun bir qrup kursantları ilə “Polis  vətəndaş münasibətlərində ünsiyyətin psixoloji mahiyyəti” mövzusunda “Dəyirmi masa” keçirilmiş tədbirlərdən biridir.
Tədbirə “PsyLab” psixologiya mərkəzinin psixoloqu İbrahim İbrahimov qonaq qismində dəvət olunmuş, kursantlarla polis vətəndaş münasibətləri, ünsiyyətdə yaranan çətinliklər, maneələr və aradan qaldırılması yolları haqqında müzakirələr aparılmışdır.
“Dəyirmi masa” kursantların verdiyi müxtəlif suallarla yekunlaşmış, sonda onların mövzu ilə bağlı qısa fikirləri öyrənilmişdir.

Geriyə | Çap versiyası