xəbərlər

Rusiya Federasiyası DİN-in V.Y.Kikot adına Moskva Universitetində görüş

22.12.2017

 Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin mütəşəkkil cinayətkarlığa və digər təhlükəli cinayət növləri ilə mübarizə Bürosundan daxil olmuş məktuba əsasən 14 dekabr 2017-ci il tarixində Moskva şəhərində Rusiya DİN-in V.Y.Kikot adına Moskva Universitetinin rəhbərliyi ilə qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə işçi görüş keçirilmişdir. Həmin tədbirdə DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev, Akademiyanın tədris və elmi işlər üzrə rəis müavini, polis polkovniki Mahir Əhmədov və Beynəlxalq əməkdaşlıq qrupunun inspektoru, polis mayoru Ruslan Cəfərov iştirak etmişlər.

Moskva Universitetinin rəhbərliyi ilə görüş zamanı gənc polis kadrlarının hazırlığı və qarşılıqlı əməkdaşlığın perspektiv istiqamətləri haqqında fikir mübadiləsi aparılmışdır.

İkitərəfli görüş bitdikdən sonra, Moskva Universitetinin rəisi, polis general-leytenantı İvan Kaliniçenko, nümayəndə heyətini Universitetin maddi-texniki bazası ilə, ixtisas kafedralarının fəaliyyətinin koordinasiyası, tədris metodiki işin təkmilləşdirilməsi, universitetin strukturasında qabaqcıl innovativ texnoloqiyaların  tətbiqinin səmərəliyinin artıtılması üçün yaradılan yeni auditoriyalarla və böyük kriminalistik poliqonla tanış etdi.




    
 
   .
   
Geriyə | Çap versiyası