xəbərlər

“DİO-nun inzibati fəaliyyəti” kafedrasının Tədris Modulunda “Cəmiyyət və polis sahə məntəqəsi” mövzusunda dəyirmi masa keçirilmişdir

13.01.2018

 Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında 5 yanvar 2018-ci il tarixdə Akademiyanın tədbirlər planına müvafiq olaraq “DİO-nun inzibati fəaliyyəti” kafedrasının təşkilatçılığı ilə “Cəmiyyət və polis sahə məntəqəsi” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada polis sahə məntəqələrinin əhali ilə əlaqələrinin möhkəmləndirilməsi, həmçinin ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi cinayətkarlığa və inzibati xətalara qarşı mübarizə sahəsində nəzəri və təcrübi problemlərinin müzakirəsi edilmişdir. Tədbirdə DİN-in BİTİ-nin profilaktik işin təşkili idarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Rüstəm Nəsibov, Bakı şəhər BPİ İTİ Profilaktik işin təşkili şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Elçin Hüseynov, Xəzər RPİ-nin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovniki İsmayıl Qasımov, Nərimanov RPİ-nin İTŞ-nin rəisi, polis polkovniki-leytenantı Fərman Fərmanov, polis sahə inspektoru və polis sahə rəisi vəzifələrində xidmət edən Polis Akademiyasının məzunları, professor-müəllim heyəti və IV kurs  kursantları iştirak edirdilər.
    “DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki Vaqif Abışov dəyirmi masa iştirakçılarını salamlayaraq, polis sahə məntəqələrinin təyinatı və fəaliyyəti haqqında nəzəri bilgilərin təcrübə ilə əlaqələndirilməsinin xüsusi əhəmiyyətini vurğuladı. O, qeyd etdi ki, qloballaşma və miqrasi proseslərinin intensiv inkişafı polis sahə məntəqələrinin də fəaliyyətinin daha səmərəli və yüksək səviyyədə təşkilini zəruri edir.
    Dəyirmi masada aşağıdakı mövzular üzrə çıxışlar dinlənildi və diskusiyalar aparıldı:
    - “PSİ xidmətinin təyinatı və fəaliyyətinin normativ hüquqi əsasları” IV kurs I taqım kursantı Sevdimov Əli;
    - “PSİ-nin işinin tə.kili və normativ hüquqi əsasları” IV kurs IV taqım kursantı Ədilov Laçın;
    - “İnzibati sahənin təyinatı və onun təhvil-təslim qaydası” IV kurs IV taqım kursantı Səmədov Muraz;
    - “PSİ tərəfindən həyata keçirilən fərdi profilaktiki işin təşkili və onun normativ hüquqi əsasları” IV kurs II taqım kursantı Məmmədov Amid;
     - “Ailə-məişət zəminində törədilən hüquqpozmaların profilaktikasında PSİ-nin rolu” IV kurs V taqım kursantı Quliyev Babək;
    - “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin istasında PSİ-nin rolu” V kurs VI taqım kursantı Aslanov Toğrul;
    - “Ev dustaqlığı qətimkan tədbirinin icrasında PSİ-nin rolu” IV kurs III taqın kursantı İsmayılov Mətləb;
    - “YYÇ tərəfindən törədilən hüquqpozmaların profilaktikasında PSİ-nin rolu” IV kurs V taqın kursantı Allahverdiyeva Ramilə;
    - “PSİ-nin vətəndaşlarla xüsusi işinin təşkili və normativ hüquqi əsasları” IV kurs V taqım kursantı Əsəbəyli Rasəd;
    Tədbirin sonunda dəyirmi masanın mövzusu ətrafında müzakirələr aparılmış və dəvət olunan qonaqlar kursantlara polis sahə inspektorları xidmətinin təyinatı və mahiyyəti barədə öz tövsiyyələrini vermişlər.

 
 
 
 
 
Geriyə | Çap versiyası