xəbərlər

Polis Akademiyasında Kursant Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan polisinin yaranmasının 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir

16.04.2018

 16 mart 2018-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan Respublikasının əmək qanunvericiliyinin daxili işlər orqanları əməkdaşlarının fəaliyyətində tətbiq edilməsinin aktual problemləri” mövzusunda Kursant Elmi Cəmiyyətinin təşkilatçılığı ilə dəyirmi masa keçirilmişdir. Tədbirdə Polis Akademiyasının professor - müəllim heyəti və kursantları ilə yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsilin inkişafı proqramları şöbəsi”nin mütəxəssisi - Aydan Talıbova, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı – Elşən Əliyev, Bakı Dövlət Universitetinin “Konstitusiya hüququ” kafedrasının müəllimi - Cəbi Gülşən, Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak etmişdir.

Tədbirdə Polis Akademiyasının rəisi, h.ü.f.d.,dosent,polis general-mayoru Nazim Əliyev çıxış edərək dəyirmi masanın işinə uğurlar  arzulamış və müzakirələrə qoşulmuşdur. Dəyirmi masada Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının IV kurs tələbəsi Nəzərova Zəhra - “Azərbaycan Respublikası daxili işlər orqanlarında qadın polis əməkdaşlarının əmək hüquqları və onların realizəsinin aktual problemləri” və III kurs tələbəsi Məmmədova Günay - “Müasir Azərbaycan Respublikasının əmək hüququnda sınaq müddəti və daxili işlər orqanları əməkdaşlarının fəaliyyətində onun müəyyən edilməsinin aktual problemləri”, Bakı Dövlət Universitetinin hüquq fakültəsi III kurs tələbəsi, hüquq fakültəsinin Tələbə Həmkarlar Təşkilatının sədri Əkbər Əliyev - “Daxili İşlər Orqanları əməkdaşlarının attestasiyası - hüquqi təhlil”, Polis Akademiyasının V kursun  kursantları Vəliyev Ata – “Daxili işlər orqanları əməkdaşlarının əmək-sosial iqtisadi hüquqlarının qorunmasında beynəlxalq normativ hüquqi aktların tətbiqi xüsusiyyətləri”, Abbaslı Nahid – “Azərbaycan Respublikası daxili işlər orqanları əməkdaşlarına təhsil məzuniyyətinin verilməsinin aktual problemləri”, Əliyev Həsən – “Müasir əmək hüququnda ödənişsiz məzuniyyətlər və daxili işlər orqanlarında tətbiqinin bəzi məsələləri”, Nəzərli Fuad – “DİO əməkdaşlarına tətbiq olunan həvəsləndirmə tədbirləri” mövzularında çıxışlar etmişlər. Sonda dəyirmi masanın fəal iştirakçılarına Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev tərəfindən sertifikatlar təqdim olundu.
Dəyirmi masanın iştirakçıları tədbirdən sonra Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.

Geriyə | Çap versiyası