xəbərlər

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Gənclərin fövqəladə hallarda davranışı haqqında məlumatlılıq səviyyəsinin artırılması” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

15.11.2018

 15 noyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ölkəmizdəki ali məktəblərin kursant və tələbələrinin iştirakı ilə “Gənclərin fövqəladə hallarda davranışı haqqında məlumatlılıq səviyyəsinin artırılması” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Əvvəlcə, konfrans iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Konfransı giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov iştirakçıları salamlayaraq qeyd etmişdir ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın müddəalarının yerinə yetirilməsi məqsədiilə son illər Fövqəladə Hallar Nazirliyinin Akademiyasında elm-texniki nailiyyətlərin ümumiləşdirilməsi və yayılması, elmi-tədqiqat işlərinin aparılması və nəticələrinin istehsalatda tətbiq edilməsi, innovasiya və ixtiraçılıq fəaliyyəti, dissertasiyaların, monoqrafiyaların və dərsliklərin hazırlanması, elmi konfransların keçirilməsi, elmi məqalələrin çapı, təcrübə zamanı qazanılmış elmi bilik, təcrübə və vərdişlərin artırılmasına xüsusi diqqət göstərilir. Pənah Suleymanov Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində ugurlar əldə edilməsində təhsilin xüsusi rolunu əhəmiyyətini həmişə yüksək qiymətləndirdiyini bildirmişdir. Akademiyanın rəisi cıxışında dövlət başçısı İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulamışdır.

Konfransda Fövqəladə Hallar Nazirliyi Akademiyasının kursantları Emil Rəhimov və Tərlan Mövlamov, Bakı Dövlət Universitetinin tələbəsi Firavan Əlizadə, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Hərbi kafedrasının rəisi, polis polkovniki (Hacı Aslanov rəhbər) “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında daxili işlər orqanlarının rolu” kursantı Laçın Fərəc oğlu Əbilov və Hərbi kafedranın müəllimi, təqaüddə olan polis polkovniki (Eyvaz Nurməmmədov rəhbər) “Fövqəladə hallarda qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkilində daxili işlər orqanlarının rolu” Süphan Rahib oğlu Tağıyev məruzələrlə çıxış etmişlər.
Tədbirin sonunda bir neçə kursant və tələbə, o cümlədən Polis Akademiyasının V kursun 4-cü taqımının kursantı polis sıravisi Laçın Əbilov və V kursun 6-cı taqımının kursantı polis sıravisi Süphan Tağıyev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının “iştirakçı sertifikatı” ilə təltif olunmuşdur.



Geriyə | Çap versiyası