xəbərlər

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbində “12 noyabr – Konstitusiya günü” ilə əlaqədar Polis Akademiyasının bədii özfəaliyyət dərnəyi konsert proqramı ilə çıxış etdi.

12.11.2018

 “Konstitusiya günü” ilə əlaqədar 12 noyabr 2018-ci il tarixində Polis Akademiyasının bədii özfəaliyyət dərnəyi Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbində geniş konsert proqramı ilə çıxış etmişdir.

Konserti giriş sözü ilə Polis Akademiyası rəsinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik- leytenantı Osman Vəliyev açıq elan edərək Ali Hərbi Məktəbin zabit və kursant heyətini “Konstitusiya günü” ilə əlaqədar təbrik etmiş, ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə noyabrın 12-də ümumxalq səsverməsi nəticəsində müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbul edilməsi barədə çıxış etmişdir. Tədbir Polis Akademiyasının bədii özfəaliyyət dərnəyinin konsert proqramı ilə davam etmişdir. Konsert proqramı Ali Hərbi Məktəbin zabit və kursant heyətində böyük marağa səbəb olmuşdur.

Konsert proqramından sonra Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi, general-mayor İlqar Məmmədov Polis Akademiyasının bədii özfəaliyyət dərnəyinin üzvlərini qəbul edərək bayram münasibətilə təbrik etmiş, onların vətənpərvərlik ruhunda tərbiyələnməsində bu səpkili tədbirlərdə iştirak etmələrinin böyük əhəmiyyət kəsb etdiyini vurğulamış, həmçinin kursantlara ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı hüquqi və demokratik Azərbaycana, onun Konstitusiyasına vətənpərvər, savadlı və istedadlı gənclərin sahib çıxacağını bildirərək onlarla vətənpərvərlik hisslərini aşılayan söhbətlər aparmışdır.

Geriyə | Çap versiyası