xəbərlər

Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günü Polis Akademiyasında da qeyd edildi

11.12.2018

 Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar 11 dekabr 2018-ci il tarixində Polis Akademiyasının Konfrans zalında şəxsi heyətin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycanın yeni tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Nuru oğlu Həsənov dəvət edilmişdir.
İlk öncə bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan, onun müstəqilliyi yolunda fədakarlıq göstərən Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev açıq elan edərək Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində və müasir Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolu barədə çıxış etdikdən sonra sözü qonağa verdi.

Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev - müasir Azərbaycan dövlətinin qurucusu və banisidir”, “Müstəqil Azərbaycan Respublikasının daxili işlər orqanlarının formalaşmasında Ulu  Öndərimiz Heydər Əliyevin siyasi-hüquqi fəaliyyəti” mövzularında çıxışlar etdi. Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirildi və bununla da tədbir sona çatdı.

12 dekabr 2018-ci il tarixində isə Polis Akademiyasının şəxsi heyəti Fəxri Xiyabanı ziyarət etmiş, xalqımızın xilaskar oğlunun abidəsi önünə tər çiçəklər qoymuş, onun əziz xatirəsini dərin ehtiramla yad etmişdir.



Geriyə | Çap versiyası