xəbərlər

DİN-in Polis Akademiyasında “20 Yanvar” faciəsinin 29-cu ildönümü anıldı

21.01.2019

 “20 Yanvar” faciəsinin 29-cu ildönümü ilə əlaqədar 18 yanvar 2019-cu il tarixində DİN-in Polis Akademiyasının Heydər Əliyev Mərkəzində zabit, kursant heyətinin və DİN-in Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov, Bakı şəhər Veteranlar Şurasının sədri, istefada olan polis mayoru Emin Məmmədovun iştirakı ilə tədbir keçirilmişdir.

İlk öncə Ümummilli Liderimiz Heydər Əliyevin, “20 Yanvar” faciəsinin qurbanlarının, Vətənimizin ərazi bütövlüyü uğrunda, eləcə də xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra “20 Yanvar” faciəsinə həsr olunmuş sənədli-xroniki film nümayiş etdirilmişdir. Tədbir zamanı kursantlara xalqımızın müstəqilliyi, ərazi bütövlüyü, azadlıq uğrunda mübarizə əzmini aşılamaq məqsədilə Fərhad Süleymanov və Emin Məmmədov tərəfindən o günlərin acı xatirələri anılmış, kursant heyətinə xalqımıza qarşı 20 yanvar gecəsi xüsusi amansızlıqla törədilən faciənin tarixi, baş vermə səbəbləri və nəticələri barədə geniş və ətraflı məlumat verilmişdir.



Geriyə | Çap versiyası