xəbərlər

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “1 mart Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir keçirilmişdir

21.02.2019

 21 fevral 2019-cu il tarixində saat 10.00-da DİN-in Polis Akademiyasında “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusu altında “1 mart Ümumdünya MM günü”nə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir Polis Akademiyasının hərbi hazırlıq kabinetində keçirilmiş və Bakı şəhəri Xəzər rayonu 183 nömrəli tam orta məktəbin şagirdləri tədbirə dəvət edilmişlər. İlk öncə Hərbi hazırlıq kafedrasının müəllimi Eyvaz Nurməmmədov tərəfindən şagirdlərə “1 mart Ümumdünya MM günü”nün yaranma tarixi barədə məlumat verilmişdir. Sonra tədbir iştirakçılarına Mülki Müdafiənin fəaliyyətini əks etdirən plakatlar, fərdi və tibbi mühafizə vasitələri, rabitə və xəbərdarlıq vasitələri və avadanlıqlar nümayiş etdirilmiş, MM qüvvələrinin xəbərdarlıq siqnalı ilə toplanması həyata keçirilmiş, FH-lar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydalarının, fövqəladə hallar baş verdikdə insanların fəaliyyəti, onların hadisə zamanı xilasetmə işlərindən ibarət nümunələrin nümayişi, MM-nin rolu və fəaliyyəti, mahiyyəti, MM üzrə əleyhqazların növləri və istifadə qaydaları, əleyhqazların geyinilməsi ilə əlaqədar normativlər barədə çıxışlar edilmişdir, Fövqəladə Hallar Nazirliyinin strukturu, iş fəaliyyəti və FHN-nin yaradılmasının əhəmiyyəti, zəruriliyi, onlara ilkin tibbi yardıma aid əyani təşviqat vasitələri nümayiş etdirilmişdir.

Tədbirdən sonra şagirdlər Heydər Əliyev Mərkəzi və yeni inşa edilmiş tədris və yataqxana kompleksi ilə tanış olmuşlar, bələdçilər tərəfindən şagirdlərə mərkəz, tədris və yataqxana kompleksi barədə ətraflı məlumat verilmiş, şagirdlər Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevlə birlikdə Ümummilli lider Heydər Əliyevin abidəsi önündə fotoşəkil çəkdirmişlər.
 
  
Geriyə | Çap versiyası