xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş DİN-in Polis Akademiyasının zabit-müəllim heyəti arasında “Ən yaxşı atıcı” adı uğrunda yarış keçirilmişdir

11.05.2019

 Azərbaycan Respublikası DİN-in Polis Akademiyası rəisinin 07 may 2019-cu il tarixli əmrinə əsasən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş” Polis Akademiyasının daimi heyəti (zabit-müəllim) arasında “Ən yaxşı atıcı” adı uğrunda yarış keçirilmişdir.

Yarışın keçirilməsində məqsəd DİN-də keçirilən Kollegiya iclaslarında daxili işlər orqanları əməkdaşlarının peşə hazırlığının formalaşdırılması eyni zamanda polis əməkdaşının tabel silahından düzgün istifadə etmə bacarığının artırılması üzrə gücləndirilməsidir. Yarışa hazırlıq məqsədilə kafedra əməkdaşları tərəfindən güllə atıcılığı üzrə yarışın keçirilməsi üçün plan və komanda üzvlərinin siyahısı hazırlanmışdır.

08.05.2019-cu il tarixdə saat 15:00-da Akademiyanın qapalı atıcılıq tirində Polis Akademiyasının zabit-müəllim heyəti ilə Zəfər-K tapançasından DİN-in əmrinə müvafiq iki nömrəli tapşırıq icra edilmişdir. Tədbirdə iştirak edən komanda üzvləri yarışın şərtləri, qaydaları və eləcə də təhlükəsizlik tədbirlərinə riayət edilməsi üçün kafedranın baş müəllimi, polis polkovnik-leytenantı Elşən Hacıyev və kafedranın müəllimi, polis kapitanı Hikmət Şahhüseynov tərəfindən təlimatlandırılmışlar. Yarışa dörd Zəfər-K tapançası və üç yüz ədəd döyüş sursatı ayrılmışdır.

Tibb sanitariya hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Sərdar Əliyev həkim və tibbi ləvazimatların yarış yerində olmasını təmin etmişdir.
Yarışda əməkdaşlara 9 döyüş sursatı ayrılmışdır, onlardan 3-ü sınaq üçün 6-sı isə məqbula hesablanmışdır. Nəticədə zabit-müəllim yarışın nəticələri aşağıdakı kimi olunmuşdur.
Münsiflər heyəti tərəfindən yarışın obyektiv keçirilməsi və nəticələrin düzgün qiymətləndirilməsi aşağıdakı kimi təmin olunmuşdur.

 Komandalar üzrə:
I yer Əyani təhsil üzrə II kursun rəhbərliyi-90 xal;
II yer Təchizat bölməsi-87 xal;
III yer “DİO-da inzibati fəaliyyəti” kafedrası-79 xal.

 Şəxsi birincilik üzrə:
I yer, polis polkovnik-leytenantı Fariz Yusifov-51 xal;
II yer, polis polkovniki Bağban Həsənov-50 xal;
III yer, polis mayoru Rəşad Qasımov-47 xal.
 
Geriyə | Çap versiyası