xəbərlər

DİN-in Polis Akademiyasında “Çoxfunksiyalı mobil telefonlardan həddindən çox istifadənin insan orqanizminə zərəri və internet asılılığı” mövzusunda seminar keçirilmişdir

15.05.2019

 DİN-in Polis Akademiyasında 06 may 2019-cu il tarixində “Çoxfunksiyalı mobil telefonlardan həddindən çox istifadənin insan orqanizminə zərəri və internet asılılığı” mövzusunda əyani təhsil üzrə I kurs kursantları ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin  İctimai Səhiyyə və İslahatlar Mərkəzinin “Səhiyyə siyasəti və planlaşdırma” şöbəsinin həkimi Lətafət Dadaşova ilə görüşü keçirildi. Görüşü giriş sözü ilə kurs rəisi polis polkovniki Mehman Həsənov açdıqdan sonra akademiyanın Tibb-sanitariya hissəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Sərdar Əliyev Aərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və bu Proqramın daxili işlər orqanlarında elan olunmasına dair DİN-in müvafiq əmrindən irəli gələn vəzifələr barədə məlumat verdi, qeyd edilən proqramın icrası ilə bağlı akademiyada aparılan işlər barədə danışdı. Sonradan Lətafət xanım mobil telefonlardan həddindən artıq istifadənin insan orqanizmində törətdiyi fəsadlar, xəstəliklər barədə geniş məlumat verdi. Mobil telefonlardan istifadə zamanı elektromaqnit dalğalarından qorunma üsullarını bir daha tədbir iştirakçılarının nəzərinə çatdırdı. Görüşün sonunda kursantları maraqlandıran suallar Lətafət xanım tərəfindən cavablandırıldı.

Geriyə | Çap versiyası