xəbərlər

Polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Hikmət Eyvazovun 50 yaşı tamam oldu

11.10.2019

Oktyabrın 11-də DİN-in Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Hikmət Eyvazovun 50 yaşı tamam oldu.

1990-cı ildən polis orqanlarında xidmət edən müharibə veteranımız və gözəl alimimiz  müxtəlif vəzifələrdə çalışmış, respublikamızda ictimai asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə əzmkarlıq göstərmiş, Akademiyada elm və təhsilin inkişafında böyük əmək sərf etmiş, xidmətlərinin dövlət tərəfindən “Vətən uğrunda” medalı ilə qiymətləndirilmişdir.
Hörmətli Hikmət müəllim. Sizi 50 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirik, möhkəm cansağlığı, şəxsi və ailə səadəti, çox məsuliyyətli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Geriyə | Çap versiyası