xəbərlər

MDB iştirakçı dövlətlərin daxili işlər nazirləri Şurası nəzdində Elmi məşvərət Şurasının Moskva şəhərində növbəti iclası keçirilmişdir.

11.10.2019

 Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin daxili işlər nazirləri Şurası nəzdində Elmi-məşvərət Şurasının Rusiya Federasiyası DİN-də 3-4 oktyabr 2019-cu il tarixində növbəti iclası keçirilmişdir. İclasında Azərbaycan Respublikası DİN-in Elmi məşvərət Şurasında nümayəndəsi, Polis Akademiyasının “DİO-nun inzibati fəaliyyəti” kafedrasının dosenti, h.ü.f.d., polis polkovniki Şahin Teyyub oğlu Şükürovun iştirak etmişdir.
Tədbirdə MDB-nin iştirakçı dövlətlərinin daxili işlər nazirləri nəzdində şurasının Elmi-məşvərət Şurasında Azərbaycan, Belarus, Kazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Ermənistan respublikalarının nümayəndələri, həmçinin MDB iştirakçı dövlətlərin ərazisində “Mütəşəkkil cinayətkarlıqla və digər təhlükəli cinayət növləri ilə mübarizənin tənzimlənməsi üzrə Büro”nun nümayəndələri iştirak edirdilər.

EMŞ-nın iclasını Şuranın sədri, Rusiya Federasiyasının DİN-in ümumrusiya Elmi-Tədqiqat İnstitutunun rəisi, polis general-leytenantı Kojakar V.V açıq elan etdi. EMŞ-nın sədri çıxış edərək, cinayət qəsdlərinin yeni forma və metodlarının əmələ gəlməsi barəsində, xüsusən də informasiya texnologiyaları sahəsində cinayətlərin baş verməsinə xüsusi diqqətin ayrılmasının əhəmiyyət kəsb etdiyini vurğuladı.

İclas çərçivəsində MDB iştirakçı dövlətlərin daxili işlər nazirləri şurası nəzdində EMŞ-nın 2019-cu il müddətində görülən işləri barəsində, informasiya texnologiyaların istifadəsi ilə baş verən cinayətlərin qarşısının alınması, aktual istiqamətləri üzrə birgə elmi araşdırmaların keçirilməsi fəaliyyətinin təkmilləşdirilməsi, Elmi-məşvərət Şurasının 2020-ci il üçün tədbirlər planının layihəsi barəsində məlumatlar, məruzələr dinlənildi və suallar ətrafında müzakirələr aparıldı.

EMŞ-nın 2019-cu il müddətində görülən işləri barəsində məlumatda Azərbaycan Respublikası DİN-in Polis Akademiyası tərəfindən iyul ayı üçün nəzərdə tutulan “Cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlıq” mövzusunda informasiya təhlilinin vaxtında icrası barəsində, EMŞ-nın 2020-ci il üçün tədbirlər planının layihəsinə daxil olan “İnsan alverinə qarşı mübarizənin hüquqi əsasları” mövzusunda informasiya təhlilinin daxil olması və “EMŞ-nın Əsasnaməsi”nə təklif olunan əlavə və dəyişikliklərin irəli sürülməsi xüsusən vurğulandı.

 Elmi əsərlərin mübadiləsi baxımdan tədbirdə Rusiya Federasiyası DİN-in ümumrusiya elmi tədqiqat institutunun əməkdaşları tərəfindən Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının “Elmi-hüquq” jurnalında dərc olunan məqalələri hər müəllifə ayrı-ayrılıqda, Şahin Teyyub oğlu Şükürovun müəllifi olduğu “Narkomaniyanın qarşısı alınması (mübarizə və xəbərdarlıq) hüquqi əsasları” mövzusunda elmi-analitik təhlillin bir necə nüsxələri iştirakçılara təqdim olundu. Həmcinin Rusiya Federasiyası DİN-in ümumrusiya elmi tədqiqat İnstitutunun “Rusiya DİN-in elmi portal” jurnalının 2018-2019-cu il müddətində dərc olunan nüsxələri, bir neçə elmi-analitik təhlillər Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının kitabxana fonduna təqdim olundu.
 
 
 
  
Geriyə | Çap versiyası