xəbərlər

Oktyabrın 12-də Polis Akademiyasının kursantları Şəhidlər Xiyabanını ziyarət ediblər.

14.10.2019

 Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və azadlığı uğrunda mübarizə əzmini təhsilalanlara aşılamaq məqsədilə 12 oktyabr 2019-cu il tarixində DİN-in Polis Akademiyasının əyani təhsil üzrə I kursun bir qrup kursantı və kurs rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət etmişdir.

İlk öncə Ümummilli lider Heydər Əliyevin, “20 Yanvar” faciəsi şəhidlərinin, Vətənimizin ərazi bütövlüyü uğrunda, eləcə də xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Kurs rəhbərliyi təhsilalanlara Vətənə olan sevgidən, dövlətə, torpağa bağlılıqdan danışaraq bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edən “20 Yanvar” faciəsinin tarixi, baş vermə səbəbi, nəticələri və həmin faciədə qəhrəmanlıq göstərən şəhidlərimiz barədə ətraflı məlumat vermişdir. Daha sonra, şəhidlərin məzarı və Əbədi məşəl kompleksinin qarşısına gül dəstələri qoyulmuşdur.


Geriyə | Çap versiyası