xəbərlər

DİN-in Polis Akademiyasının kursantları Step Kompyuter Akademiyasında olublar

21.10.2019

 Daxili Işlər Nazirliyinin  Polis Akademiyasının İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan 1-ci kurs kursantları Akademiya rəisinin tədris işləri üzrə köməkçisi Səməd Hümbətov, Tədris metodiki şöbənin metodisti Rüfət Abdullayev və  Tədris metodiki şöbənin texniki vasitələr qrupunun kiçik inspektoru Xalid Piriyevin rəhbərliyi iləinformasiya texnologiyaları və təhlükəsizliyi sahəsində  dünya görüşlərinin artırılması  məqsədilə Step Kompyuter Akademiyasının maddi-texniki bazası ilə tanış olublar. Step Kompyuter Akademiyasında kursantların bu sahədəki biliklərinin yoxlanılması məqsədi ilə test imtahanı keçirilmişdir.
Sonda Step Kompyuter Akademiyasının marketinq meneceri Ağakərim Poladov kursantları maraqlandıran suallara ətraflı izah vermişdir.

Geriyə | Çap versiyası