xəbərlər

Polis Akademiyasında hərbi təlimlər keçirildi

02.11.2019

Polis Akademiyasının əyani fakültəsinin V kurs kursantları döyüş və fiziki hazırlıq üzrə 14-26 oktyabr 2019-cü il tarixlərində Akademiyada hərbi təlim məşğələləri keçirilmişdir.
Təlim zamanı kursantlara Hərbi kafedranın müəllimləri tərəfindən “Xüsusi-taktiki hazırlıq”, “Atəş hazırlığı”, “Sıra hazırlığı” fənlərindən hərbi təlim məşğələləri keçirilmiş, eləcə də DİN-in Daxili Qoşunlarının Qaradağ rayonunda yerləşən Qaraheybət təlim mərkəzinin atış meydanında Kalaşnikov avtomatından praktiki atış tapşırıqları yerinə yetirilmişdir.
  
Geriyə | Çap versiyası