xəbərlər

Polis Akademiyasında ilk tibbi yardımla bağlı BLS – Təməl Həyata Dəstək Təlimi keçirilmişdir

12.11.2019

 11 noyabr 2019-cu il tarixində Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşları üçün Uptodate in Medicine şirkəti tərəfindən BLS – Təməl Həyata Dəstək Təlimi keçirilmişdir. Təlimdə Polis Akademiyasının zabit və müəllim kollektivi iştirak etmişdir. Təlimdə həm nəzəri, həm də praktiki ilk tibbi yardım bacarıqları tədris olunmuşdur.

Müasir dövrdə təbii və texnogen fəlakətlər, münaqişələr, yol-nəqliyyat hadisələri və bir çox digər hallarda insan həyatına təhdidlər və təhlükələr baş verir. Son 20-30 ildə Azərbaycanda və digər inkişaf etmiş və inkişafda olan ölkələrdə ölümün əsas səbəbi olan ürək-damar və beyin-damar xəstəliklərindən (infarkt, insult və s.) evdə və evdən kənarda, o cümlədən iş yerində qəfil ölüm hallarının sayı artmaqdadır. Bu növ hadisələrdən preventiv tədbirlər vasitəsilə sığortalanmaq ciddi əhəmiyyət kəsb etsə də, insan həyatının təhlükə altında olduğu zaman ilk tibbi yardımın vaxtında və düzgün göstərilməsi bir o qədər də vacibdir.

Bu məqsədlə, polis əməkdaşlarının fəaliyyət sahəsinin cəmiyyətin müxtəlif sahələrində, o cümlədən ictimai yerlərdə, nəqliyyat və vətəndaş sıxılığının müşahidə olunduğu ərazilərdə təşkil olunduğunu nəzərə alaraq, onların ilk tibbi yardım bacarıqlarına yiyələnməsi zəruri hesab olunur.

Uptodate in Medicine şirkətinin Amerika Ürək Assosiasiyasının sertifikatlaşdırılmış təlim mərkəzi tərəfindən gələcəkdə belə kursların kursantlarla da keçirilməsi  planlaşdırılır.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilmişdir.
 
        
Geriyə | Çap versiyası