xəbərlər

Polis Akademiyasında “Konstitusiya günü” münasibəti ilə elmi-praktiki konfrans keçirilib

13.11.2019

 7 noyabr 2019-cu il tarixində Polis Akademiyasının Kursant Elmi Cəmiyyətinin və “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü ildönümünə həsr olunmuş “Konstitusiya hüququnun aktual problemləri” mövzusunda tələbə və mağistrantların elmi-praktiki konfransı keçirilmişdir. Konfransda Polis Akademiyasının professor-müəllim heyəti və kursantları ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri, magistrantları və müəllimləri iştirak etmişdir.

Konfransı Polis Akadmiyasının rəisi, polis general-mayoru Nazim Əliyev giriş sözü ilə açıq elan edərək 12 noyabr 1995-ci il ölkəmizdə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul olunması günü kimi qeyd olunduğunu bildirmiş, Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin iqtisadi, siyasi və sosial sistemlərinin yeniləşməsinə, hüquqi dövlətin formalaşmasına geniş yol açdığını və artıq 24 ildir ki, Konstitusiyamız milli dövlətimizə, ölkədə dərinləşən islahatlara, xalqın tərəqqisinə xidmət etdiyini qeyd etmişdir.

Konfransda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasının elmi işlər üzrə rəis müavini, iqtisad üzrə elmlər doktoru, professor Cəmilə Namazova, Polis Akademiyasının “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Ceyhun Süleymanov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının dosenti, h.ü.f.d., dosent Zaur Əzimov, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülşən Mehdiyeva Azərbaycan Respublikasının Konstitusiyasının əhəmiyyəti barədə çıxış etmiş və qarşıdan gələn “Konstitusiya günü” münasibətilə konfrans iştirakçılarını təbrik etmişlər.

 Daha sonra, BDU-nun Hüquq fakültəsinin 3-cü kurs tələbəsi Sadiq Şəfiyev “Azərbaycan Respublikasında şəxsiyyətin konstitusiya hüquqi statusu”, Polis Akademiyasının 2-ci kurs ali təhsil dinləyicisi, polis sıravisi Aysel Əsgərzadə “Azərbaycan xalqının qanunvericilik təşəbbüsü hüququ”, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyanın kursantı Ağakişiyev Kamran “Azərbaycan Respublikasında Parlamentarizm”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəcilik Akademiyasının I kurs mağistrantı Xəyalə Əfəndiyeva “Əqli mülkiyyət hüququ və onun konstitusion hüquqi təminatı”, Polis Akademiyasının III kurs kursantı, Kursant Elmi Cəmiyyətinin elmi katibi Rüstəm Mejdunov isə “Vətəndaşların seçki hüququnun təmin edilməsində polisin rolu” mövzularında cıxış etmişlər. Konfransın sonunda müzakirələr və fikir mübadiləsi aparılmışdır.
Keçirilən elmi-praktiki konfransda iştirakçılara sərtifikatlar, çıxışçılara isə diplomlar təqdim olunmuş, Polis Akademiyasının Heydər Əliyev Mərkəzi önündə xatirə şəkli çəkilmişdir.
 
     
Geriyə | Çap versiyası