xəbərlər

Polis Akademiyasının əlaçı məzunları kursantlarla öz təəssüratlarını bölüşdülər

17.11.2019

 15 noyabr 2019-cu il tarixdə əyani təhsl üzrə I və II kursun kursantları ilə hazırda Akademiyada şəhər, rayon polis orqanlarının əməliyyat işi üzrə rəis müavinlərinin “İxtisasartırma” kursunda olan 1992-2000-ci illərdə Akademiyanı “əla” qiymətlərlə bitirmiş məzunlarla görüşü keçirilmişdir. Onlar çıxışlarında təhsilin gələcək xidməti vəzifələrdə nə qədər önəmli olduğunu, Akademiyada yaradılmış bugünki şəraitin dünyanın qabaqcıl dövlətlərinin Polis Akademiya-larından geri qalmadığını, professor-müəllim heyətinin hazırlıq səviyyəsinin yüksək olduğunu qeyd edərək gənc əməkdaşlara dövlətimiz tərəfindən yaradılmış bu şəraitdə maksimum dərəcədə yararlanmalarını tövsiyə etdilər.
Geriyə | Çap versiyası