xəbərlər

DİN-in Polis Akademiyasının əyani təhsil üzrə I kurs V taqım kursantları “Heydər Əliyev Mərkəzi”-ni ziyarət etmişlər

21.11.2019

Polis Akademiyasının əyani təhsil üzrə I kurs V taqım kursantlarının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin tanıdılması məqsədilə 16.11.2019-cu il tarixdə saat 1500-dan 1800-dək kurs rəhbərliyi ilə kursantların “Heydər Əliyev Mərkəzi”- də ekskursiyası təşkil edilmişdir.

Ekskursiya zamanı kursantlar üç böyük hissədən və 15,93 hektar ərazidən ibarət muzeydə ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar, foto və video materiallar və digər unikal eksponatları tədqiq etmişdirlər. Bundan əlavə kursantlara muzeyin tarixi, muzeydə yerləşən "Azərbaycan inciləri", “Mini Azərbaycan”, “Azərbaycana xoş gəlmisiniz” və s. kimi sərgi zalları barəsində məlumat verilmiş, həmçinin Heydər Əliyev Muzeyi xüsusi tədqiq edilmiş, muzeydə təqdim olunan Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələr kursantlara göstərilmişdir.
Ekskursiya zamanı kursantların xatirə şəkilləri də çəkilmişdir.
 
    
Geriyə | Çap versiyası