xəbərlər

Polis Akademiyası rəhbərliyinin “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışında I yerə layiq görülmüş komanda üzvləri ilə görüşü keçirilmişdir

24.11.2019

 Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan, Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışmasında Polis Akademiyasının komandası birinci yerə layiq görülmüşdür. Bu münasibətlə 18.11.2019-cü il tarixdə Polis Akadeiyasının rəisi, polis general-mayoru Nazim Əliyev qalibləri və onları yarışa hazırlayan “İctimai elmlər” kafedrasının əməkdaşlarını rəis müavinlərinin iştirakı ilə qəbul etmişdir.

Qəbul zamanı polis general-mayoru Nazim Əliyev qalibləri təbrik etmiş, Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışmasının gənclərin intellektual bilik və bacarıqlarının inkişaf etdirilməsində rolu və əhəmiyyətindən danışmış, gələcəkdə də bu qəbildən olan uğurlarımızın daha da inkişaf etdirilməsini tövsiyyə etmişdir. Daha sonra məlumat verməsi üçün “İctimai elmlər” kafedrasının rəisi, polis mayoru Rəhim Məcnunova söz verən Akademiya rəisi kursantları təltif etmiş, sonda isə onlarla xatirə şəkli çəkdirmişdir.


Geriyə | Çap versiyası