xəbərlər

2018/2019-cu tədris ilində Kursant Elmi Cəmiyyəti tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr barədə iclas keçirilmişdir

26.11.2019

 18 noyabr 2019-cu il tarixində Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevin sədrliyi ilə Akademiyanın Kursant Elmi Cəmiyyətinin üzvləri ilə yığıncağı  təşkil olunmuşdur.
Tədbirdə çıxış edən Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev bildirmişdir ki, bu gün Akademiyada fəaliyyət göstərən Kursant Elmi Cəmiyyəti istedadlı və bacarıqlı kursantları müəyyənləşdirməkdə mühüm rol oynayır. Məlumdur ki, hər bir ali təhsil müəssisəsində, o cümlədən Polis Akademiyasında tədris prosesi elm ilə ayrılmaz şəkildə bağlıdır və kursantların elmi fəaliyyətinə xüsusi önəm verilir. Polis Akademiyasında kursantların elmi-tədqiqat fəaliyyəti tədris prosesinin bütün mərhələlərində və bütün təşkilati səviyyələrdə aparılır. Kursant Elmi Cəmiyyəti gələcəyin gənc tədqiqqatçıları üçün əsl məktəbdir. Kursantların elmi fəaliyyəti - əlbəttə ki, onun əsl mənasında müasir mütəxəssislərin peşəkar hazırlığının əsas tərkib hissəsi olan gənclərin elmi tədqiqat işlərinin aparılmasında yalnız formal iştirakını deyil, həm də bir gəncin müxtəlif elmi sahələrin və istiqamətlərin kəsişməsində dərin, vahid, əsaslı şəkildə aparılan tədqiqatlar əsasında dünyanın müasir görünüşünü təqdim etməyə imkan verən yetkinliklərin inkişafıdır.

Kursant Elmi Cəmiyyətinin 2018-ci il tarixindən bu günə qədər görülmüş işlər və qarşıda duran vəzifələr barədə hesabat verən Kursant Elmi Cəmiyyətinin rəhbəri, Mülki hüquq kafedrasının dosenti, polis polkovniki Rəşad Məmmədov bildirdi ki, 2018-ci il mart ayından etibarən bu günədək Polis Akademiyasının tarixində ilk dəfə olaraq Kursant Elmi Cəmiyyətinin təşkilatçılığı ilə hüquq elminin müxtəlif sahələri üzrə Respublikamızın “hüquqşünas” ixtisası üzrə tələbə hazırlığını həyata keçirən əksər Ali təhsil müəssisələrinin tələbə və magistrantlarının iştirakı etdiyi dörd elmi-praktiki konfrans (21 aprel 2018-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Qloballaşan dünyanın siyasi-hüquqi həyatında əxlaqi dəyərlərin rolu” mövzusunda elmi-praktiki konfrans, 22 noyabr 2018-ci il tarixdə “Müasir sosial-iqtisadi şəraitdə uşaqların hüquqlarının müdafiəsinin aktual problemləri” mövzusunda təhsilalanların elmi-praktik konfransı, 16 may 2019-cu il tarixində “Müasir dövrdə cinayət qanunvericiliyinin aktual problemləri” mövzusunda tələbə və magistrantların elmi-praktik konfransı, 7 noyabr 2019-cu il tarixində “Konstitusiya hüququnun aktual problemləri” mövzusunda tələbə və magistrantların elmi-praktik konfransı) və 2 dəyirmi masa (16 mart 2018-ci il tarixdə Azərbaycan polisinin yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan Respublikasının əmək qanunvericiliyinin daxili işlər orqanları əməkdaşlarının fəaliyyətində tətbiqinin aktual problemləri” mövzusunda dəyirmi masa, 25 aprel 2019-cu il tarixində isə “Azərbaycan konstitusionalizminin aktual problemləri” mövzusunda dəyirmi masa) keçirilmişdir.

Kursant Elmi Cəmiyyətinin üzvləri yalnız ölkə daxilində deyil, həm də Respublikadan kənarda keçirilən tələbələrin beynəlxalq elmi-praktiki konfranslarında əyani və qiyabi olaraq iştirak etmişdirlər. 2014-cü ildən etibarən Kursant Elmi Cəmiyyətinin üzvləri Akademiyanın professor-müəllim heyətinin elmi rəhbərliyi altında 15-ə yaxın tələbələrin beynəlxalq elmi-praktiki konfransında iştirak etmiş, diplom və sertifikatlarla təltif olunmuşlar. Xüsusilə qeyd olunmalıdır ki, IV kurs kursantları Nilgül Ceyidli, Rüfət Şadlinski, Barat Sadiqov, Əjdər Əmirov, Bəhram Həsənli, III kurs kursantları Günel İsayeva, Fidan Heydərova, Rüstəm Mejdunov, Kursant Elmi Cəmiyyətinin fəaliyyətində daha çox fəallıq göstərmişlər.
Daha sonra R.Y.Məmmədov qeyd etdi ki, 2019/2020-ci tədris ili üçün Kursant Elmi Cəmiyyətinin üzvlüyünə 25 kursant seçilmişdir. Kursant Elmi Cəmiyyətinin üzvlərinin seçilməsi zamanı onların nizam-intizamı və tədris göstəriciləri əsas meyar kimi götürülmüşdür. Hal-hazırda Kursant Elmi Cəmiyyəti sədrdən, iki sədr müavini, 6 bölmə rəhbəri və 1 elmi katibdən ibarətdir.


Geriyə | Çap versiyası