xəbərlər

Polis Akademiyasının nümayəndəsi İtaliyanın Breşiya şəhərində təlim kursunda iştirak etmişdir

29.11.2019

 18-29 noyabr 2019-cu il tarixlərində DİN-in nümayəndə heyətinin tərkibində Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovniki Hikmət Eyvazov  İtaliyanın Breşiya şəhərində “Mütəşəkkil cinayətkarlığa, terrorçuluğa və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə” mövzusunda keçirilən təlim kursunda iştirak etmişdir.
Təlim zamanı İtaliya polisinin fəaliyyət istiqamətləri və növləri, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizənin həyata keçirilməsi üsulları və metodları, bu sahədə İNTERPOL-un fəaliyyəti haqqında məlumat verilmişdir. Eyni zamanda təlim zamanı Milan şəhər polis idarəsi və onun laboratoriyaları ilə tanış olmuşlar.
Sonda iştirakçılarla xatirə şəkli çəkdirilmiş, sertifikatlar təqdim olunmuşdur.  
 
 
Geriyə | Çap versiyası