xəbərlər

Polis Akademiyasının nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən elmi-praktiki konfransda iştirak ediblər

28.11.2019

 28-29 noyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallar və təhlükəsizlik problemləri” mövzusunda magistrant, tələbə və kursantların beynəlxalq elmi-praktiki konfransı keçirilib.
Polis Akademiyasının Hərbi kafedrasının müəllimi Eyvaz Nurməmmədovun rəhbərliyi altında magistratura pilləsi üzrə dinləyici polis leytenantı Ata Vəliyev və əyani təhsil üzrə IV kurs kursantları Bəxtiyar Əlizadə və Şərif Eminov tədbirdə məruzələrlə çıxış ediblər.

Konfransda açılış nitqi ilə çıxış edən FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev müasir dövrümüzdə baş verən təbii və texniki mənşəli fövqəladə hallardan, eləcə də, onların qarşısının alınması sahəsində həyata keçirilən təhlükəsizlik tədbirləri barədə ümumi xarakterli məlumat verərək konfrans mövzusunun aktuallığına toxunub. Bundan sonra çıxış edən Hərbi kafedranın müəllimi E.Nurməmmədov Polis Akademiyası rəisi adından tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirərək konfransın işinə uğurlar arzu edib.

 Bundan sonra plenar iclasda və bölmələr üzrə çıxışlar hətaya keçirilib. Plenar iclasda çıxış edən Akademiyanın magistrantı A.Vəliyevin çıxışı auditoriya tərəfindən maraqla qarşılanıb və magistrant FHN Akademiyasının rəisi tərəfindən “Fərxi Fərman”la təltif edilib.
Bununla yanaşı konfransın IV bölməsində (“Fövqəladə hallardan müdafiənin hərbi və sosial problemləri”) çıxış edən IV kurs kursantları B.Əlizadə və Ş.Eminovun çıxışları da bölmə iclasında işitrak edənlər tərəfindən dinlənilmiş, çıxışlar ətrafında kursantlara bir sıra suallar verilib.
Ümumilikdə Polis Akademiyası nümayəndələrinin tədbirdə aktivliyi konfrans iştirakçıları tərəfindən bəyənilərək yüksək qiymətləndirilib.




Geriyə | Çap versiyası