xəbərlər

Polis Akademiyasında DİN-in şəhər, rayon və nəqliyyatda polis orqanlarının rəhbər vəzifəli əməkdaşları üçün birgə mühazirə dərsi keçirilmişdir

25.11.2019

 25 noyabr 2019-cu il tarixində Polis Akademiyasında DİN-in şəhər, rayon və nəqliyyatda polis orqanlarının rəhbər vəzifəli əməkdaşları üçün ixtisasartırma kursunda Bakı şəhəri Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlının iştirakı ilə mühazirə dərsi keçirilmişdir. “DİO-da inzibati fəaliyyət” kafedrasının və İxtisasartırma fakültəsinin təşkilatçılığı ilə keçirilən mühazirə dərsi “Kütləvi tədbirlər zamanı asayişin qorunmasının təşkilati əsasları, polis fəaliyyətinin modelləşdirilməsi” mövzusu ilə bağlı olub nəzəri biliklərin və təcrübi vərdişlərin uzlaşdırılması, xüsusi şəraitlərdə rəhbər kadrların idarəçilik bacarıqlarının keyfiyyətinin artırılması məqsədi daşıyırdı.

“DİO-da inzibati fəaliyyət” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov mövzunun məzmununu təşkil edən əsas müddəalar və istiqamətlər haqqında dinləyicilərə məlumat verdi. O, qeyd etdi ki, son zamanlar ölkəmizin paytaxtında müxtəlif məzmunlu kütləvi tədbirlər keçirilmişdir. Bu da öz növbəsində daxili işlər orqanlarının fəaliyyətinin müasir prinsiplər üzərində qurulmasına və təkmilləşdirilməsinə səbəb olmuşdur.
Nurullah Məmmədxanlı isə çıxış edərək kütləvi tədbirlər zamanı daxili işlər orqanlarının əsas vəzifələri və hüququları, fəaliyyətinin mərhələləri, asayişin qorunmasına cəlb edilən qüvvələrin fəaliyyətinin əməliyyat qərargahı tərəfindən planlaşdırılması haqqında ətraflı təhlillərini təqdim etdi.


Geriyə | Çap versiyası