xəbərlər

Polis Akademiyasının komandası “Alpaqut Turan Döyüşü Sənəti” üzrə 2-ci Dünya Çempionatında qızıl və gümüş medallar qazanıblar

24.11.2019

 22-24 noyabr 2019-cu il tarixlərində Bakı şəhəri Sərhədçi Olimpiya İdman Kompleksində “Alpaqut Turan Döyüşü Sənəti” üzrə 2-ci Dünya Çempionatı keçirilibdir. Bütün yaş qrupları üzrə 18 ölkədən – Azərbaycan, Türkiyə, Almaniya, Pakistan, Ukrayna, Əfqanıstan, Macarıstan, İran, Hindistan, Gürcüstan, Nepal, Qırğızıstan, Qazaxıstan, Rusiya, Kamerun, Türkmənistan, Nigeriya, Özbəkistandan 500-dək idmançının qüvvəsini sınadığı yarışlarda aypara, batur, caymaz və qurşaq sistemləri üzrə ən güclü atletlər müəyyənləşib.    

Türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna dayısan bu idman növü üzrə çempionatda Azərbaycanın milli komandası Dünya Kubokunun qalibi adını qazanıb. İran İslam Respublikasının yığması 2-ci, Türkiyə Respublikasının milli yığıması isə 3-cü yerə layiq görülüb.
 Sözü gedən Çempionata Polis Akademiyasının “Fiziki hazrılıq” kafedrasının müəllimi polis leytenantı Natiq Eminovun rəhbərliyi ilə 4 nəfər əyani təhsil alan kursantlardan ibarət komanda olaraq ümumi 5 nəfər Azərbaycan yığma komandasının tərkibində çıxış ediblər.

“Alpaqut Turan Döyüşü Sənəti” üzrə 2-ci Dünya Çempionatında polis leytenantı Natiq Eminov və II kursun kursantı Bayramzadə Rəvan kaçut (silahsız özünü müdafiə) sistemi üzrə 1-ci yer, II kursun kursantı Məmmədov İsa çaymaz sistemi üzrə 2-ci yer, IV kursun kursantı Çerpanov Yəhya aypara sistemi üzrə 2-ci yer, V kurs kursantı Kərimli Qalib çaymaz və qurşaq sistemləri üzrə 2-ci yer əldə edərək, ümumilikdə 2 qızıl, 4 gümüş medal Azərbaycana qazandırmışlar.
    Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev “Fiziki hazırlıq” kafedrasının müəllimi, polis leytenantı Natiq Eminovu və komanda üzvlərini qəbul edərək əldə etdikləri nailiyyətə görə onları təbrik etmiş, Akademiyanın adını bu cür mötəbər yarışda ucaltdıqları üçün onlara öz təşəkkürünü bildirmişdir.
Sonda xatirə şəkili çəkilmişdir.
 

Geriyə | Çap versiyası