xəbərlər

Polis Akademiyasının I kurs kursantlarına Ədliyyə Akademiyasının baş müəllimi M.Əsgərova “Azərbaycan Respublikasının ədliyyə orqanları” mövzusunda mühazirə oxumuşdur

08.12.2019

 Ədliyyə Akademiyasının baş müəllimi, h.ü.f.d., dos. Mətanət Əsgərova Polis Akademiyasında əyani təhsil üzrə I kurs kursantlarına “Hüquq-mühafizə orqanları” fənninin “Azərbaycan Respublikasının ədliyyə orqanları” mövzusunda mühazirə oxumağa dəvət olunmuşdur.

“Cinayət prosesi” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dos. Səyyad Ağayev və fənn müəllimləri, Akademiyanın “Elmi-tədqiqat və redaksiya-nəşriyyat” şöbəsinin rəisi, polis polkovniki, h.ü.f.d., dos. Hikmət Eyvazov və polis mayoru Anar Mikayılov qonağı salamlayaraq, belə tədbirlərin davamlı olduğunu qeyd etməklə kursantlara təqd im etmiş və mövzunun aktuallığı barədə məlumat vermişlər.

Sonra dos. M.Əsgərova ilk olaraq ədliyyə orqanlarının tarixi formalaşması ilə bağlı, eyni zamanda Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri və yeni yaradılmış struktur barədə geniş məlumat vermişdir.
Ədliyyə Akademiyasının baş müəllimi, h.ü.f.d., dos. Mətanət Əsgərova belə tədbirlərin təşkilinə görə Polis Akademiyasının rəhbərliyinə minnətdarlığını bildirib.
Sonda kursantların sualları qonaq tərəfindən cavablandırılıb.


Geriyə | Çap versiyası